Türkiyə servisi/Aran Agentliyi
Ergenekon ifratçı-türkçü terror təşkilatının Elçibəyin Bakıda hakimiyyətə qaytarılması məqsədi ilə Heydər Əliyev hökumətinin devrilməsi ilə müxalifətinə görə, türkiyəli bir yəhudi sərmayə sahibinin qətlindəki rolu ifşa olunub. Türkiyənin "Yeni Şafak" qəzetində dərc edilmiş məqalədə deyilir ki, 8 il əvvəl Türkiyənin ən tanınmış iş adamlarından biri, "Alarko Holdinq" Şirkətlər Qrupunun Direktorlar Şurasının rəhbəri, yəhudi əsilli Üzeyir Qarih "Ergenekon" tərəfindən, Vəli Kiçiyin əmri ilə öldürülüb.
Belə əmrin verilməsinə səbəb isə iş adamının Azərbaycanda o vaxtkı prezident Heydər Əliyevin devrilməsi planına maliyyə dəstəyi verməkdən imtina etməsi olub.
Qəzetin "Üzeyir Qarihə yaxın mənbəyə" istinadən yazdığına görə, iş adamı "Ergenekon" təşkilatına müntəzəm olaraq maliyyə yardımı göstərirdi.
Həmin mənbə "Ergenekon"un 1995-ci ildə Azərbaycanda çevriliş edərək Əbülfəz Elçibəyi yenidən iqtidara gətirməyi planlaşdırdığını, lakin Qarihin bu plana maliyyə dəstəyini çəkdiyini və nəticədə onun öldürülməsi əmrinin verildiyini bildirilib.
Bu qaynaq yəhudi sərmayə sahibinin Heydər Əliyev dövlətinin devrilməsi ilə müxalifəti və onun Heydər Əliyev hakimiyyətinin davam etməsinin dəstəkləməsinin səbəbinin qeyd etməyib.
Azərbaycan Respublikasında Diaspora İşləri Komitəsinin sədri Nazim İbrahimov və DAK qaragüruhunun sədri Sabir Rüstəmxanlı kimi şəxslərin Ergenekon terror təşkilatı ilə həmkarlıqları aşkar olubdur.