Tehranın cümə namazı xitabətçisi iraqlı jurnalistin ABŞ prezidenti C. Buşu ayaqqabı atəşinə tutmasını İraq işğalçılarına qarşı "ayaqqabı intifazəsi" adlandırıb
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
Tehranın cümə namazı xitabətçisi iraqlı jurnalistin ABŞ prezidenti C. Buşu ayaqqabı atəşinə tutmasını İraq işğalçılarına qarşı "ayaqqabı intifazəsi" adlandırıb. Ayət. Cənnəti iraqlı jurnalist Müntəzir əl-Zeydinin, İraqın baş naziri Nuri əl-Maliki ilə birgə mətbuat konfransında ABŞ prezidentinə tərəf ayaqqabı atmasını dəyərli bir hərəkət adlandırıb və deyib: Bu hərəkət ABŞ işğalçılarının iraqdakı iştirakına etiraz nişanəsidir.
Tehranın cümə namazı xitabətçisi habelə iraqlılardan istəyib ki, Müntəzir əl-Zeydiyə olan himayələrini davam etdirsinlər və davamlı olaraq etiraz aksiyaları keçirməklə onun işğalçıların əsirliyindən azad edilməsinə zəmin yaratsınlar.
Ayət. Cənnəti sözlərinin davamında artırıb: ABŞ İraqda hər gün daha dərinləşən bir böhrana düçar olub və sonda işğalçılar rüsvayçılıqla İraqı tərk etməyə məcbur olacaqlar.
İraq xalqının ABŞ başda olmaqla Qərb işğalçılarının bu ölkədəki iştirakından narazılığı xalq arasında şərqə xüsusilə də İİR-na olan meylin daha da güclənməsinə səbəb olub -deyə Ayət. Cənnəti bildirib.