Türkiyə servisi/ARAN AGENTLİYİ
Dünən Qəzzaya dəstək çağırısı səbəbilə Türkiyədə mitinq keçirilib.
İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə bu gün Türkiyənin İstambul şəhərinin Saraçhanə bölgəsində Özgürder və İsra Mədəniyyət mərkəzi tərəfindən Qəzzaya dəstək, Sionist və onları dəstəkləyən ərəb rejimləri pislənib.
Verilən xəbərə görə mitinqdə Misir, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin Fələstinin embarqoya alınmasına göz yumduğuna və bəzən sionistlərə köməklik göstərildiyi sərt şəkildə pislənib.
Diqqətinizə çatdıraq ki, iki gün əvvəl Hizbullah lideri Seyyid Həsən Nəsrullah bütün dünya müsəlmanlarını Qəzzaya dəstək əlaməti olaraq sionisty və tərəfdarlarına etiraza səsləmişdi.