Tarix : 2008 Dec 20
Kod 9328

QARABAĞDA YENƏ SİLAH SƏSLƏRİ EŞİDİLİR

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ

Ermənistan bölmələri dekabrın 19-da saat 20.25-dən 20.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 20-də saat 01.00-dan 01.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.30-dan 05.55-dək, 07.25-dən 07.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. 

  • Yazılıb
  • da (də) 2008 Dec 20