Azərbaycan servisi/Aran Agentliyi
Şahidlərin sözlərinə görə, hadisə ticarət mərkəzinin şirniyyat bazarı adlanan hissəsində başlayıb və hazırda davam edir. Satıcılar yanğına səbəb kimi dükanlardan birində olan qısaqapanmanın olduğunu düşünürlər. Hazırda alovlar bir necə dükanı bürüyüb. Hadisə yerində Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşını işləyir. Hələlik alovun qarşısı alınmayıb. Xəsarət alanlar barədə hər hansı məlumat yoxdur.