Hal-hazırda İranın sülhməramlı nüvə irəliləyişləri ilə bir vaxtda ölkənin raket qüdrəti haqqında da şantajlar aparırlar
İİR servisi/Aran Agentliyi
İİR hökumətinin Məsləhətlər üzrə Qərar Şurasının sədri Əkbər Haşimi Rəfsəncani iman və həmrəylik əhval-ruhiyyəsini iranlıların güclü iradəsi adlandırıb. Onun sözlərinə görə, bu güclü iradə özünü Səddam rejiminin İrana qəbul etdirdiyi müharibədə İraqın BƏS rejimin saysız zəiflikləri qarşısında göstərdi.
İRNA xəbər verir: Tehranda Müqəddəs Müdafiə ilə bağlı araşdırmaların mümkün səhvlərinin öyrənilməsi mövzusunda keçirilən konfransda bu məqama toxunan Ayətullah Əkbər Haşimi Rəfsəncani deyib: Hal-hazırda İranın sülhməramlı nüvə irəliləyişləri ilə bir vaxtda ölkənin raket qüdrəti haqqında da şantajlar aparırlar.
"İran İslam Respublikası İslam və Quran-Kərimin buyurduqlarına görə, heç zaman müharibənin tərəfdarlı olmamış" -deyən Ayətullah Rəfsəncani təkidlə bildirib: Müdafiə hazırlığı vəziyyətinə keçmək düşmənini təcavüzü başından atması üçündür.