Tarix : 2008 Dec 21
Kod 9344

Bakıda İslam partiyasının adının qeydiyyatdan keçməməsi utandırıcı deyilmi?

.
Azərbaycan servisi/Aran Agentliyi

Azərbaycan R. İslam partiyasının rəhbəri Hacı Möhsün Səmədov hökumətin bu partiyanın adının rəsmən qeydiyyatdan keçməsinə maneçilik törətməsini təsdiq edib. Bakıda çıxan Nəbz qəzetinə verdiyi müsahibədə bu məqama toxunan Azərbaycan Respublikası İslam Partiyasının rəhbəri Hacı Möhsün Səmədov müsəlman bir ölkə olan Azərbaycan Respublikasında İslam Partiyası adının qeydiyyatdan keçməməsini təəssüfləndirici adlandırıb.
Səmədov Azərbaycan Respublikası İslam partiyası qərbin təşəbbüsü ilə yaradılmayıb adı altında olan həmin müsahibəsinin digər bir hissəsində qeyd edib: İslam partiyası yarandığı tarixdən indiyədək özünün bütün fəaliyyətini ölkənin konstitusiya çərçivəsində həyata keçirib.
O İslam partiyasının ölkədə qərbpərəst müxalifət partiyalarla əməkdaşlıq etməmələrinin səbəblərinə aydınlıq gətirərək deyib: Bizim partiyamız qərbin ssenarisi əsasında deyil, əksinə xalqın iradəsinə uyğun olaraq və zərurilik üzündən yaradılıb.
Halbuki ölkədə əsas müxalifət partiyalar qərbə inteqrasiya və qərbpərəstliyi qarşıya məqsəd qoyublar. Bu hərəkətdə məqsədə xalq milli və islami mentalitet arasında ayrılıq yaratmaqdır.
Əgər bu partiyalar xalqın milli, mənəvi və islami prinsiplərinə əhəmiyyət verərlərsə, onda onların cərgəsində dura bilərik.
Ancaq biz həmişə fəaliyyətləri sırf onların irəli sürdükləri iddialarına və ya milli mənafeyi qulaq ardına vurmağa əsaslanarsa, mütləq onlara tabe olmayacağıq.
Hacı Möhsün Səmədov habelə deyib: Bizim İİR ilə yaxşı əlaqələrə malik olmağımız heçdə təəccübləndirici olmamalıdır. Zira bu islami ölkə ilə normal əlaqələrə yiyələnməməyimiz təəccüb doğrucu ola bilər. Biz İran adı ilə yanaşı adımızın hallandırılması ilə fəxr edirik. Bu məlum qüvvələr həm bizim partiyanın adını həmdə İran dövlətinin adını korlaşdırmaq istəyirlər.
Qərb daima bizim din və islami İranla bağlı ədalətsiz bir mövqe tutub və İran islami bir ölkədir və islam qanunlarına uyğun olaraq idarə olunur.
İslam olan bir yerdə cəmiyyət paklıq və fəallıq xarakterini qəbul edir ki, buda qərbin nigarançılığına səbəb olur. Azərbaycan Respublikasında əsas müxalifət tərəfi təfəkkürünün qərbin düşüncələri ilə üst-üstə düşdüyünə görə, onlar bizi İrançı bilirlər.
Partiyanın rəhbər müsahibəsinin digər hissəsində təkidlə bildirib: İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini himayə edib.
İslam Konfransı Təşkilatının üzvü olan bu ölkənin daim Azərbaycan Respublikası ilə mövqeyi eyni olub.
İran Ermənistanın təcavüzünə görə öz ev-eşiklərini tərk etməyə məcbur olan minlərlə azərbaycanlıya yardım edir.
İran İslam Respublikası BMT-nin 62-ci ümumi iclasında Qafqazda dondurulmuş münaqişələr haqqında müzakirələrin başlanmasının lehinə səs verən ölkələrdən biri olmuşdur. İndi bu arada gəlin əsas müxalifətə, xüsusi ilə də Minsk qrupuna həmsədrlik edən ölkələrin bu məsələ ilə bağlı mövqeyini araşdıraq. Bu ölkələr BMT-nin Baş Assambleyasında Azərbaycan Respublikası münaqişələrin həlli ilə əlaqədar səs vermələrdə Bakının əleyhinə səs verdilər. Təəssüflər olsun ki, 15 ildən çoxdur ki, münaqişənin həlli ilə bağlı eyni bir mövqe tutmur və qəsdən onu uzadırlar. Biz daima ölkədə əsas müxalifət partiyalara himayə göstərən bu ölkələrin ziddinə mövqe tutmuşuq. Onlar Azərbaycan Respublikasının düşmənləridirlər. Əfqanıstanda və İraqda qan tökən ABŞ necə Qarabağ konfliktini dinc yolla həll etmək iddiasında ola bilər.

  • Yazılıb
  • da (də) 2008 Dec 21