Tarix : 2008 Dec 22
Kod 9380

TEHRANDA BBC MÜXBİRLƏRİNDƏN İBARƏT CƏSUS ŞƏBƏKƏSİ AŞKARLANDI

İran Kəşfiyyatı İngiltərəyə aid bir cəsus şəbəkəsini deşifrə edib
İRİ SERVİSİ/ARAN AGENTLİYİ
İranda bir qrup cəsus həbs edilib.

İslam-Azeri-nin Fars Nyusa istinadlı xəbərinə görə İran Kəşfiyyatı İngiltərəyə aid bir cəsus şəbəkəsini deşifrə edib.

İran Məclis Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Kərim Abidinin Fars Nyusa verdiyi açıqlamaya görə BBC ingilis telekanalında işləyən bir qrup, müxbir adı ilə cəsusluq fəaliyyətləri ediblər.

"Onlar müxbir adı ilə bu şəbəkəyə yeni üzvlər cəlb etmək istəsələr də İran Kəşfiyyatı bunu nəzarətə almış, daha sonra bütün cəsusları həbs etmişdir"-deyən Məhəmməd Kərim Abidi bu cəsusların İngiltərənin Tehrnadakı səfirliyi ilə də sıx əlaqələrinin olduğunu açıqlayıb.
  • Yazılıb
  • da (də) 2008 Dec 22