Belə bir şəraitdə iqtidarın bu planı həyata keçirməsi ilə mübarizə istiqamətində xalq müqavimətinin təşkilatlandırılması zəruri bir məsələdir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Az-da İqtidar ilə müxalif olan siyasi partiyalar və ictimai təşkilatlar bu ölkə konstitusiyasının bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən 101-ci maddəsinin dəyişdirilməsi istiqamətindəki səylərə etiraz ediblər Bakıda çıxan Bizim Yol qəzetinin yazdığına görə Müsavat, Xalq cəbhəsi , Demokrat və bir neçə digər siyasi partiyasının başçıları Az. R-nın sülh və demokratiya institutunda iclas keçirərək İlham Əliyev dövlətinin konstitusiyasının 101-ci bəndində dəyişikliyin edilməsi məqsədi ilə referendumun keçirilməsi haqdakı qərarın ləğv edilməsini istəyiblər. Bu məlumata görə sülh və demokratiya institutunun sədri Xanım Leyla Yunis konstitusiyaya ediləcək bu dəyişikliyin ölkədə demokratiyanın genişlənməsinə böyük bir zərbə vuracağını bildirərək deyib : Belə bir şəraitdə iqtidarın bu planı həyata keçirməsi ilə mübarizə istiqamətində xalq müqavimətinin təşkilatlandırılması zəruri bir məsələdir . Demokrat partiyanın sədri sərdar Cəlaloğlu da belə bir referendumun keçirilməsini demokratik prinsiplərin aşkar formada pozulması mənasında adlandırıb və deyib : Bu təklif Az. R. konstitusiyası ilə ziddiyyəti olmaqla yanaşı demək lazımdır ki , dövlətin varlığı ilə bağlı məsələləri əhatə edən mövzularla bağlı referendumun keçirilməsi ümumiyyətlə qadağandır .Sərdar Cəlaloğlu təklif edib ki , konstitusiyanı müdafiə üzrə xalq komitəsi yaradılsın . Əli Kərimli də hakim Yeni Partiyanın bu qərarına etiraz edərək deyib: Rəsmi Bakı Moskvaya hakim kəsilmiş dəstədən çox şey öyrənib . Amma bu məsələdə rəsmi Bakı öz müəllimini də geridə qoyub. O təklif edib ki , Rəsmi Bakının Avropa Şurasına üzvlük qarşısında üzərinə götürdüyü öhdəliklərə əsasən bu qərarından narazılıq edərək referendumun keçirilməsinin qarşısının alınmasını istəyiblər . Müsavat partiyasının sədri İsa Qəmbər də deyib: Bu referendumun keçirilməsi yolu ilə xalq asında formalaşmaqda olan etiraz dalğasının zəifləməsi ehtimal olunur. O habelə deyib: Az. R. rəsmiləri qorxurlar ki , hakimiyyətdə daxili ixtilaflar və parçalanmalar yaranmış olsun. Bu iclasın sonunda rəsmi Bakı ilə müxalif olan qərbyönüllü partiyalar beynəlxalq təşkilatlara xitabən bir bəyanat qəbul ediblər . Bəyanatda deyilir Biz beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən istəyirik ki , Az. R. üçün həll edici və həssas olan bu məsələ qarşısında sükut etsinlər və rəsmi Bakının beynəlxalq öhdəlikləri çərçivəsində bu məsələyə reaksiya göstərsinlər .