Türkiyə servisi/Aran Agentliyi
"Birlik-Azərbaycan" İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirlik postu ilə vidalaşmağa hazırlaşan sionist İsrail baş naziri Ehud Olmert, Türkiyəyə reallaşdırdığı vida ziyarəti çərçivəsində prezident Abdullah Gül və baş nazir Ərdoğan ilə dünən axşam saatlarında görüşlər keçirib.
Olmert, Abdullah Gül və Rəcəb Tayib Ərdoğan arasında reallaşan görüşdə Suriya-İsrail sülh müddəti, Qəzzaya tətbiq olunan embarqo və atəşkəsin sona çatması ilə artan gərginlik barədə fikir mübadiləsinin aparıldığı bildirilir.
Bu arada Fələstin baş naziri İsmayıl Haniyyə ilə Ərdoğan arasında telefon söhbətinin olduğu da məlum olub. Fələstin Daxili İşlər Nazirliyinin rəsmisi Tahir Nono, Ərdoğanın Fələstin baş naziri Haniyyəyə Olmertdən hücumları dayandırmasını və sərhəd qapılarını açmasını, embarqoya son verərək yardımların Qəzzaya daxil olmasına icazə verməsini istəyəcəyini çatdırdığını ifadə edib.
Eyni zamanda Tahir Nono, İsmayıl Haniyyənin Fələstindəki son inkişafları və embarqonun meydana gətirdiyi insani böhranı Ərdoğana söylədiyini, Fələstin xalqına olan yardımlara görə ona təşəkkür etdiyini də söyləyib.