Paytaxt polisi 8 gün əvvəl baş vermiş qətlin üstünü açıb. Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib
Azərbaycan servisi/Aran Agentliyi
Paytaxt polisi 8 gün əvvəl baş vermiş qətlin üstünü açıb. Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Xəbərə əsasən, dekabrın 18-də Sabunçu rayonu Yusif Qasımov küçəsində Bakı sakini, 1956-cı il təvəllüdlü Aleksandr Nikolayeviç Qolikovun üzərində zorakılıq əlamətləri olmayan cəsədi aşkar edilib. Meyit tibbi ekspertizada müayinə edildikdən sonra onun başına küt alətlə zərbələr endirildiyi aşkarlanıb. Araşdırmalar zamanı onun qonşusu, 1986-cı il təvəllüdlü İqor Sergeyeviç Bajılevski tərəfində qətlə yetirildiyi müəyyənləşib.
Aydın olub ki, dekabrın 15-də onlar bir yerdə spirtli içki qəbul edərək, sərxoş olublar. Bu zaman qonşular arasında münaqişə düşüb. Münaqişə nəticəsində İ.S.Bajılevski qonşusunun başına butulka ilə zərbələr endirərək, onu qətlə yetirib.
İ. S. Bajıleyevski bu gün Xətai Rayon Polis İdarəsinə gedərək, qətl törətdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.