Tarix : 2008 Dec 23
Kod 9389

“TƏHSİL HAQQINDA” QANUN LAYİHƏSİ İMZALANDI

Təhsil müəssisələrində geyimlə bağlı maddə layihədən çıxarılıb
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Azərbaycanın Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının iclasında “Təhsil haqqında” qanunun layihəsi müzakirə olunub və ciddi dəyişikliklərə məruz qalıb. 6 fəsil, 47 maddədən ibarət sənədin bütün maddələrində dəyişiklik edilib.
"Qaynar.info"-nun verdiyi məlumata görə, təhsil müəssisələrində geyimlə bağlı maddə, eləcə də orta peşə ixtisas məktəblərini fərqlənmə ilə başa vurmuş şəxslərin ali məktəblərə müsabiqədənkənar qəbulu və təhsil işçilərini əməkhaqqları ilə bağlı maddələr layihədən çıxarılıb.

Müzakirələrdə təhsil naziri Misir Mərdanov, deputatlar, ali məktəblərin rəhbərləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məsul əməkdaşları,Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, vitse-spiker Bahar Muradova iştirak edib. Sonda qanun layihəsinin ikinci oxunuş üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınıb.
  • Yazılıb
  • da (də) 2008 Dec 23