Tarix : 2008 Dec 24
Kod 9411

Azərbaycanda müxalifətin piketinə imkan verilməyib

Dekabrın 24-ü saat 12 radələrində Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib
Azərbaycan servisi/Aran Agentliyi
Dekabrın 24-ü saat 12 radələrində Konstitusiya Məhkəməsi qarşısında aksiya keçirilməsinə cəhd göstərilib. Aksiya iştirakçıları Nizami Gəncəvinin heykəlinin yaxınlığından keçərək Konstitusiya Məhkəməsinin binasına yaxınlaşmaq istəyib. Onların əllərində «Yaşasın Respublika», «Rədd olsun monarxiya» şüarları olub. Polis etirazçıların məhkəmənin binasına yaxınlaşmasına imkan verməyib. Plakatlar alındıqdan sonra bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Müsavat partiyasının fəallarından Mustafa Hacıbəyli də olub.



Aksiyanın qətnaməsi oxunmasına imkan verilməsə də, sənəd jurnalistlərə paylanıb. Qətnamədə deyilir ki, Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə mənfi rəy versin.

Əsas Qanuna iyirmidən çox dəyişiklik təklif olunsa da, əsas dəyişiklik bir nəfərə iki dəfədən çox prezident seçilmək haqqının verilməsi ilə bağlıdır. Konstitusiya məhkəməsinin rəyi müsbət olsa, iki aydan sonra Azərbaycanda referendum keçirilə bilər.
  • Yazılıb
  • da (də) 2008 Dec 24