Tarix : 2008 Dec 24
Kod 9412

İLHAM ƏLİYEVİN AD GÜNÜNƏ ''KONSTİTUSİYA'' HƏDİYYƏSİ

Konstitusiya Məhkəməsi Konstitusiya dəyişikliklərinə müsbət rəy verdi
Azərbaycan servisi/Aran Agentliyi

Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə müsbət rəy verib. Müşavirədən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev layihəyə müsbət rəy verildiyini elan edib.

Qeyd edək ki, layihə ilə bağlı bu gün Konstitusiya Məhkəməsinin Plenumu keçirilib.
Xatırladaq ki, Milli Məclis dekabrın 19-da “Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilmək üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. ( APA) .

Bu gün həm də Azərbaycanın hazırkı prezidenti Yeni Azərpaycan Partiyasının sədri İlham Əliyevin 47 yaşı tamam olur.

  • Yazılıb
  • da (də) 2008 Dec 24