Az. R-nın konstitusiya məhkəməsi bu ölkənin konstitusiyasında islahatlar və dəyişikliklər aparmaq üzrə müzakirə tarixini dekabrın 24-nə elan edib
Azərbaycan servisi/Aran Agentliyi
Az. R-nın konstitusiya məhkəməsi bu ölkənin konstitusiyasında islahatlar və dəyişikliklər aparmaq üzrə müzakirə tarixini dekabrın 24-nə elan edib. Trend Newsun verdiyi məlumata əsasən Az. R. parlamentinin hüquqi siyasət, hakimiyyət və isnan haqları komissiyası cümə günü bu ölkənin konstitusiyasında dəyişikliklər və islahatların aparılması üzrə referendumun keçirilməsi layihəsini bu ölkənin parlamentinə təqdim ediblər. Az. R-nın parlamenti həmçinin cümə günü bu ölkənin konstitusiyasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsi üzrə məhdudiyyəti ləğv edibdir. Az. R-da prezidentlik müddəti 5 ildir . Bu ölkənin konstitusiyası 1995 -ci milad ilində təsdiq edilib və 2002-ci ildə də onda islahatlar və dəyişikliklər aparılıb . Qeyd etmək lazımdır ki, Az. R-da konstitusiyanın 101-ci maddəsində dəyişiklik aparmaq və İlham Əliyevin ömürlük prezident olması bu ölkə xalqının geniş müxalifətləri ilə üzləşibdir.