Tarix : 2008 Dec 24
Kod 9415

Azərbaycan neftinin qiyməti növbəti psixoloji həddən aşağı düşüb

dünən keçirilən hərraclarda Azərilayt markalı neft 39 dollar 31 sentə satılıb. Bu isə neftin büdcə qiymətindən 31 dollar aşağıdır
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan neftinin qiyməti növbəti psixoloji həddən 40 dollardan aşağı düşüb. Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əlaqələr idarəsindən ANS-ə verilən məlumata görə, dünən keçirilən hərraclarda Azərilayt markalı neft 39 dollar 31 sentə satılıb. Bu isə neftin büdcə qiymətindən 31 dollar aşağıdır.

Xatırladaq ki, dünyada neft ucuzlaşandan neft ölkələri gələn ilki büdcələrində neftin qiymətini azaldıb. Neft ölkələrinin çoxu qiyməti 35-55 dollar müəyyənləşdirib. Əş aşağı qiyməti Əlcəzair hökuməti təyin edib. 1 barel üçün 19 dollar. Ən yüksək qiyməti isə Rusiya hökuməti götürüb. Qonşu ölkənin gələn ilki büdcəsində neft 95 dollardan hesablanacaq. Neftin ucuzlaşmasına dünyada neftə tələbatın azalması səbəb olub.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 24