Dünyaya hakim kəsilmiş siyasi-iqtisadi quruluşun qəti məğlubiyyəti və bu quruluşun tam şəkildə dalana dirənməsi üzrə əlamətlər aşkar olunubdur
İİR servisi/Aran Agentliyi
İİR-nin prezidenti deyib: Dünyaya hakim kəsilmiş siyasi-iqtisadi quruluşun qəti məğlubiyyəti və bu quruluşun tam şəkildə dalana dirənməsi üzrə əlamətlər aşkar olunubdur. Mahmud Əhmədinejad bu gün İqtisadi Əməkdaşlıqlar Təşkilatı EKO-ya üzvə ölkələrin iqtisadiyyat nazirlərinin 3-cü iclasında əlavə edib: Həqiqət budur ki, mövcud ədalətsiz beynəlxalq quruluş tam şəkildə özünün qabiliyyətsizliyini sübut edibdir və nəinki siyasi, ictimai, mədəni, iqtisadi və maliyyə məsəllərinin həllinə qadir deyildir , həm də bir çox hallarda özü problemlərin səbəbkarı və amili olubdur.
Əhmədinejad deyib: Viranedici birinci və ikinci dünya müharibələrinin mirası olan mövcud beynəlxalq quruluş özünün 60 illik ömründə Sionist rejimin qadın və uşaqları qırğın etməsi milyonlarla insanı didərgin etməsi və bu rejimin işğalçılığı və genosidinə son verilə bilməyib ,habelə müharibələrin baş verməsi Səddamın İran torpağına təcavüzkarlığı və ya Əfqanıstan və İraqın işğal edilməsinin qarşısını ala bilməyib. İİR-nin prezidenti əlavə edib : Kütləvi qırğın və atom silahlarının yayılması və hərbi bazaların genişləndirilməsi və geniş şəkildə insan haqlarının pozulması , azadlığın məhv edilməsi , ən əsas eşq və bəşəri məhəbbət məktəbi və ocağı olan ailə bazasının zəiflədilməsi, yerli mədəniyyətlərin zəiflədilməsi və müxtəlif növlü iqtisadi və maliyyə pozğunluqları və ayrı-seçkilər və ədalətsizliklər hazırkı bəşərdə dincliyi məhv edibdir .
Əhmədinejad deyib: Mötəbər statistikalara əsasən hazırda dünyada bir milyard nəfər yoxsul vardır ki , öz yeməklərini təmin etməyə qadir deyillər yada çətinliklə onu təmin edirlər. Dünyanın yoxsul xalqının 25 faizi öz gəlirlərinin 75 faizindən çoxunu qida və ərzaq məhsullarını əldə etməyə sərf edirlər .
İqtisadi Əməkdaşlıqlar Təşkilatı EKO-ya üzvə ölkələrin iqtisadiyyat nazirlərinin üçüncü iclası bu gün çərşənbə axşamı günü 10 üzv ölkənin iqtisadiyyat nazirləri və yüksək səviyyəli rəsmiləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə Tehranda öz işinə start verib.