Rusiyanın «Qazprom» şirkəti Azərbaycana təklif edib ki, satmağa hazır olduğu qazın hamısını «Qazprom»a versin
Azərbaycan servisi/Aran Agentliyi
Rusiyanın «Qazprom» şirkəti Azərbaycana təklif edib ki, satmağa hazır olduğu qazın hamısını «Qazprom»a versin. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında «Qazprom»un nümayəndəsi Sergey Kupriyanov deyib. Lakin o təklifin qiymət aspektinə və Azərbaycan qazının Rusiyaya ötürülməsinə başlanmasının vaxtına toxunmayıb: «Təkliflərimiz maraqlıdır və hazırda danışıqlar gedir» deyən Sergey Kupriyanovun sözlərinə görə, «Qazprom» qazın ötürülməsi üçün vacib olan infrastruktura malikdir.
Azərbaycan Dövlət Neft Şirkəti də «Qazprom»un təklifi ətrafında danışıqların aparıldığını təsdiqləyir. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, ötən həftə Moskvada bununla bağlı görüş keçirilsə də, danışıqlar nəticəsiz başa çatıb. Bu istiqamətdə təmaslar isə davam etdirilir.