Tarix : 2008 Dec 27
Kod 9473

RUSİYADAN BÖYÜK SİLAH TƏSLİMATI BAŞLADI

Rusiya aralarında Misir, Liviya, Suriya və Venesuelanın da olduğu 7 ölkəyə müasirləşdirilmiş hava müdafiə batareyaları təslimatına başlayıb
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ

SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, İrana da S-300 göndərilir. "Vedomosti" qəzetində yazılan və silah satışlarına cavabdeh olan "Rossiyskiye" şirkətindəki mənbələrə əsaslandırılan xəbərdə, Rusiyanın 250 milyon dollar dəyərindəki razılaşma daxilində, Misir, Suriya, Liviya, Myanmar, Vyetnam, Venesuela və Türkmənistana Peçora-2M batareyalarının təslimi ilə bağlı razılaşmanın keçən həftə rəsmi olaraq qüvvəyə mindiyi və təslimatın da bu həftə başladığı ifadə edilib.

Şirkətin mətbuat xidməti açıqlama verməkdən qaçarkən, bu batareyaların hissələrini istehsal edən firmalardan birinin səlahiyyətlisi isə xəbəri təsdiqləyib və razılaşma çərçivəsində 200 batareyanın 70-i Misirə göndərilməklə müştərilərə təslim ediləcəyini açıqlayıb. Razılaşmaların keçən il hər bir ölkə ilə ayrı-ayrı imzalandığı da ifadə edilib. Digər tərəfdən Rusiya şirkəti "Sukhoyun" İndoneziyaya 2 ədəd su-30MK2 hərbi təyyarəsini təslim etdiyi bildirilib.

İndoneziyanın Rusiyaya 6 ədəd təyyarə sifariş verdiyini ifadə edən "Sukhoy" şirkətinin müşaviri eyni tip III təyyarənin də ilin əvvəlində təslim edilməsinin nəzərdə tutulduğunu söyləyib. Müşavir SU-27SKM tipli digər 3 təyyarənin isə 2010-cu ildə İndoneziyaya təslim ediləcəyini qeyd edib. Rusiya ilə İndoneziya keçmiş prezident Vladimir Putinin İndoneziyaya səfəri əsnasında 2007-ci ilin sentyabrında hərbi vəsait razılaşması imzalayıb. Moskva İndoneziyaya bundan başqa 710 milyon avro dəyərində kredit verib.

  • Yazılıb
  • da (də) 2008 Dec 27