dünən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini isə yaralayıblar
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Azərbaycan Müdafiə Nazirliyi dekabrın 26-da Tərtərin Qapanlı kəndi istiqamətində yerləşən N saylı hərbi hissənin əsgəri Xasayev Üzeyir Elşad oğlunun həlak olması, bir əsgərin isə yaralanması faktını təsdiqləyib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik hadisənin hansı vəziyyətdə baş verdiyini araşdırır.
Mətbuat xidmətindən bildirilib ki, nəticəyə uyğun olaraq, ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, dünən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində ermənilər Azərbaycan Ordusunun bir əsgərini öldürüb, birini isə yaralayıblar. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Zaqatala rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, 1989-cu il təvəllüdlü Xasıyev Üzeyir Elşad oğlu həlak olub. Başqa bir əsgər Hüseyibov İslam Hüseyib oğlu isə yaralanıb.