Tarix : 2008 Dec 27
Kod 9480

SAAKAŞVİLİ BAŞ NAZİRİ YUMRUQLAYIB!

Gürcüstan prezidenti Mixail Saakaşvilinin, baş nazir Qriqol Mqaloblaşvilini yumruqladığı və üzünə telefon atdığı iddia söylənilir
GÜRCÜSTAN SERVİSİ/ARAN AGENTLİYİ
Bir neçə gün öncə baş verən dava-dalaşın detalları indi ortaya çıxır. "Qaynar.info"-nun rus "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, mübahisə ötən həftə şahidlərinin gözü qarşısında baş versə də, olay mətbuata yenicə sızıb.

Agentliyin istinad etdiyi "Alia" qəzeti, gürcü lideri ilə baş nazirin naməlum səbəbdən mübahisə etdiyini, mübahisənin böyüməsi nəticəsində Saakaşvilinin əvvəlcə Mqaloblaşvilinin üzünü yumruqladığı, ardınca da telefon atdığını iddia edib. "Alia", olaydan sonra Mqaloblaşvilinin istefa verdiyini, ancaq Saakaşvilinin istefanı qəbul etmədiyini qeyd edib. Gürcü liderin, daha sonra baş nazirdən üzr istəyib-istəmədiyi barədə məlumat verilməyib.
  • Yazılıb
  • da (də) 2008 Dec 27