Milli valyutanın üzərindəki ifadənin dəyişdirilməsi texniki proseduradır və yeni pullar çap olunduqca əvvəlkilər tədricən dövriyyədən çıxarılacaq
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər layihəsində «Milli Bank» sözünün «Mərkəzi Bank»la əvəzlənməsi nəticəsində milli valyuta əsginaslarının dəyişdirilməsi zərurəti yaranacaq.
Azərbaycan Milli Bankının mətbuat xidmətinin rəhbəri Kamran Nəzirlinin «APA-ECONOMICS»ə verdiyi məlumata görə, Konstitusiyaya təklif olunan dəyişikliklər təsdiqlənəcəyi təqdirdə əsginaslar üzərində «Azərbaycan Milli Bankı» sözləri də əvəz edilməlidir. «Milli valyutanın üzərindəki ifadənin dəyişdirilməsi texniki proseduradır və yeni pullar çap olunduqca əvvəlkilər tədricən dövriyyədən çıxarılacaq», - deyə K.Nəzirli bildirib.
Qeyd edək ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər bağlı ümumxalq referendumunun martın 18-də keçirilməsi planlaşdırılır.