Tarix : 2008 Dec 28
Kod 9502

DEVAMM və «CÜMƏ» MƏSCİDİNİN DİNİ İCMASI QƏZZADA SİONİST CİNAYƏTLƏRİNİ İTTİHAM ETDİ

İçərişəhər «Cümə» məscidinin dini icması və DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi sionist rejimin Qəzzada törədilən qanlı cinayətini ittiham edən bəyanatla çıxış etmişdir
Azərbaycan servisi/Aran Agentliyi

DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, sionist rejimin qanlı cinayətlərinin qurbanı olaraq, artıq 200-dək dinc insan həyatını itirmişdir. «Biz əhaliyə qarşı bu qanlı divanı tutanları bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edirik. Biz təcavüzün qeyd-şərtsiz dayandırılmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini tələb edirik» - deyə bəyanatda bildirilir.

      Eyni zamanda, bəyanatda o da vurğulanır ki, beynəlxalq birliyin sionist rejimə qarşı ikili standartlar əsasında hərəkət etməsi – bu rejimin azğınlıq etməsinin başlıca səbəblərindəndir: «Sionist rejim onilliklərdir ki, təcavüz və işğalını davam etdirir və BMT-nin qətnamələrinə açıq-aşkar etinasızlıq və saymamazlıq nümayiş etdirir. Bu saymamazlığın müqabilində İsrail rejiminə nəinki yetərli təpki göstərilir, hətta onun təcavüzkarlığına göz də yumulur. Hesab edirik ki, beynəlxalq qurumların belə süst və qeyri-prinsipial mövqeyi sionist rejimin əl-qol açmasına bəhanə verən mühüm amillərdəndir».

      Bəyanatda sionist hərbi maşınının qanlı cinayət silsiləsini dayandırması üçün əməli tədbirlər görməsi barədə beynəlxalq birliyə çağırış edilir: «Vəziyyət olduqca dramatikdir. Ölənlərin sayı hər saat artır. 21-ci əsrdə günahsız dinc insanlara qarşı bu bəşəri cinayətin cəzasız davam etməsinə rəvac vermək olmaz. Biz beynəlxalq birliyi bu çətin məqamda prinsipiallıq nümayiş etdirməyə, faşizmin və antibəşər siyasətin tüğyan etməsinə imkan verməməyə çağırırıq».

  • Yazılıb
  • da (də) 2008 Dec 28