Tarix : 2008 Dec 28
Kod 9504

Dünya Bankı Azərbaycan R-a kredit ayırıb

Bu kreditin ayrılması haqqında saziş cümə günü Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Bakı ofisinin başçısı Qriqori Yedjiçak tərəfindən imzalanıb
Azərbaycan servisi/Aran Agentliyi

Dünya Bankı Azərbaycan R-da yolsalma layihəsinin 2-ci etapının icrası üçün 300 milyon dollar kredit ayırıb. İRNA bu bankın Bakıdakı ofisinə istinadla xəbər verir: Bu kreditin ayrılması haqqında saziş cümə günü Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Dünya Bankının Bakı ofisinin başçısı Qriqori Yedjiçak tərəfindən imzalanıb.
Bu bank bundan qabaq da qeyd olunan məqsəd üçün 200 milyon dollar vəsait ayırmışdı.
Ərazisi 86800 kvadrat kilometr və 8 milyon 621 min nəfərlik əhaliyə malik olan Azərbaycan Respublikası İİR, Gürcüstan, Türkiyə və Rusiya ilə həmsərhəddir.

  • Yazılıb
  • da (də) 2008 Dec 28