Tarix : 2008 Dec 28
Kod 9505

TÜRKİYƏ FƏLƏSTİN ÜÇÜN AYAĞA QALXDI

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə bu gün şam namazına yaxın minlərlə türk müsəlman İstambulda Qalatasaray liçeyinin qarşısında toplaşaraq Taksimə tərəf yürüdülər
Türkiyə servisi/Aran Agentliyi
İsrail qətliamına ilk öncə etiraz aksiyaları ilə etiraz edən Türkiyə oldu.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə bu gün şam namazına yaxın minlərlə türk müsəlman İstambulda Qalatasaray liçeyinin qarşısında toplaşaraq Taksimə tərəf yürüdülər.

Verilən xəbərə görə 15 min etirazçı İsrailin bir gündə yüzlərlə müsəlmanı qadın-uşaq seçmədən qətliam etməsinə etiraz etdilər.

İslam-Azeri-yə İsra Kultur Mərkəzindən verilən xəbərə görə minlərlə etirazçı İstambuldakı İsrail konulluğunun qarşısına kimi fələstinə könüllü adı ilə yürüş edərək bu qətliamın dayandırılmasını tələb ediblər.
  • Yazılıb
  • da (də) 2008 Dec 28