Azərbaycan servisi/Aran Agentliyi
İranlı əlil velosipedçi Seyyid Həsən Müqimi iranlı əlillərin dostluq müraciəti ilə Tehrandan Bakıyadək olan yolu arxada qoyub. Seyyid Həsən Müqimi 1981-ci ildə Tehranda anadan olub. O, Azərbaycan Respublikasına səfər edən ilk iranlı turist velosipedçidir.
O, 5 il yüngül atletika, 4 ildə velosipedsürmə kimi idman növlərində fəaliyyət göstərib.
Seyyid Həsən Müqimi velosipedsürmə sahələrində İran çempionudur. O, indiyədək 3 dəfə velosipedlə Türkiyəyə səfər edib.
İdmançı 2007-də Avropaya səfəri zamanı Türkiyə, Yunanıstan, İtaliya, Fransa, Belçika və Hollandiyadan keçərək İranın sülh müraciətini bu ölkələrin xalqlarına çatdırıb.
Bu iranlı əlil İİR sərhədlərindən kənarda velosipedlə bütövlükdə 12 min km yol qət edib.
Seyyid Həsən Müqimi özünün Avropa səfərlərində "xalqların sülh və dostluğu" və "əlillər üçün daha yaxşı həyat" şüarlarını vermişdi.
Seyyid Həsən Müqimi İran xalqı, xüsusən əlillərinin dostluq müraciətini dünya xalqlarına çatdırmaq üçün vilçersürən iranlı əlil Əlirza Kəmali ilə yanaşı dünya səfərinə çıxmaq niyyətindədir.