Tarix : 2008 Dec 28
Kod 9507

Bu gün Xocalı rayonunun Kərkicahan qəsəbəsinin işğalından 17 il ötür

pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısı aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün Xocalı rayonunun Kərkicahan qəsəbəsinin işğalından 17 il ötür. O vaxt kəndin müdafiəsi yerli əhali, polis və yenicə yaranmış Azərbaycan Ordusunun bir qrup əsgəri tərəfindən təşkil olunmuşdu. Lakin bu müdafiə qüvvələri Xankəndi istiqamətindən qəsəbəyə doğru hücuma keçən erməni silahlılarının istifadəsində hərbi texnika və ağır silahlar olduğundan, son nəticədə geri çəkilməyə məcbur oldular.
Bununla belə, pis silahlanmış Azərbaycan əsgərləri bir müddət erməni silahlılarının hücumlarının qarşısı aldılar və bunun hesabına dinc əhali qəsəbədən çıxa bildi. Ümumilikdə Kərkicahan uğrunda döyüşlərdə 100-dən çox soydaşımız şəhid olub.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 28