İnsanlığa sığmayan bu vəhşilik nəticəsində 200-dən artıq körpə, uşaq, qadın və ahıl insanlar şahid olmuş, yüzlərlə insanlar ağır yaralanmış, bölgənin yaşayış məntəqələri isə od-alova bürünmüşdür
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. İslam partiyası Sionist İsrail rejiminin Qəzzədə məzlum Fələstin xalqına qarşı divan tutmasını kəskin surətdə pisləyib. Partiyanın Təşkilatı məsələlər üzrə sədr müavini Hacı Vaqif Abdullayev müxbirimizlə müsahibədə deyib: İnsanlığa sığmayan bu vəhşilik nəticəsində 200-dən artıq körpə, uşaq, qadın və ahıl insanlar şahid olmuş, yüzlərlə insanlar ağır yaralanmış, bölgənin yaşayış məntəqələri isə od-alova bürünmüşdür.
Televiziya ekranlarında yüzlərlə insanın küçələrdə şahid olmasına, yaxud son nəfəsində kəlmeyi-şəhadətini inildəyən bu məzlum müsəlmanları görmək son dərəcə dəhşətli idi. Belə cinayət yalnız vəhşiləşmişlər həyata keçirə bilər.
AİP sədrinin müavini Sionist rejiminin vəhşiliklərinin yeni mərhələsinin başlanması barədə qeyd edib ki, təcavüzkar İsrail quldurları, Fələstin xalqının iradəsi ilə hakimiyyətə gəlmiş Həmas-ın da liderlərinə qarşı terror əməliyyatı keçirəcəklərini həyasızcasına bəyan etmişlər. Cəzasız qalan, təpədən-dırnağa kimi silahlanmış işğalçı Sinist İsrail rejimi 1967-ci ildən sonra Fələstinə qarşı ən iri miqyaslı cinayətkar hərbi əməliyyat keçirib. Bu o vaxtı baş verib ki, İsrailin cinayətkar "Kadima" partiyasından olan baş naziri Olmert rüşvətxorluq, əxlaqsız hərəkətlərinə görə qovulub, əvəzinə isə terrorçu ailəsində anadan olmuş Livni gəlməyə can atır. Koalisiya hökumətini qura bilməyən qansız bu cinayətkarlar sanki məzlum müsəlmanlara qarşı kimin daha vəhşi olmasın görə yarışa giriblər. Elə bu mənada hakimiyyətə gəlmək üçün insanlığa qarşı bu cinayəti həyata keçirdi.
Vaqif Abdullayev sonra Birləşmiş Ştatlar hökumətinin bu cinayətlərə bəraət qazandırması haqqında deyib: İşğalçı ABŞ bu hərbi cinayəti dəstəklədi. İİR, Türkiyə, İordaniya, Suriya və digər müsəlman dövlətləri İsrailin bu cinayətkar hərəkətini kəskin pislədilər. Ərəb Liqasına daxil olan ölkələr bu məsələ ilə əlaqədar təsili yığıldı. AB-nin Xarici Əlaqələr Departamentinin rəhbəri Xaviyer Solana narahat olduğunu, Rusiya rəsmiləri isə İsraili dərhal hərbi əməliyyatı dayandırmağı tələb etdi. Azərbaycan Respublikası müsəlman xalqı isə hesab edir ki, insan haqlarını kobud surətdə pozan, kütləvi insan qırğınına qərar verən irqçi, işğalçı Sionist rejimli quldur İsrail hərbçiləri dərhal hərbi əməliyyatları dayandırmalı və təcavüzkar İsrail rəhbərləri, faşist Hitler, diktator Səddam Hüseyn və onların əlaltıları kimi Beynəlxalq Haaqa Məhkəməsində mühakimə olunaraq, layiqli cəzalarına çatmalıdırlar.
Müsəlmanlar isə İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) və dünya müsəlmanlarının vəliyyi-əmri Seyyid Əli Hüseyni Xamenei cənablarının buyurduğu kimi Milli Birlik və İslami Vəhdətə nail olmalı və Allah düşmənlərinə qarşı birgə mübarizə aparmalıdırlar. Qələbə yalnız İslami Vəhdətdədir.