Azərbaycan servisi/Aran Agentliyi
Vəli Cabbari
“Şiə Sosiologiya” üzrə magistr
Xülasə
Son iki yüz ildə Qafqaz şiə ruhanilərin çoxlu çətliklə üzləşiblər.hərçənd ki, öz Ana yurdundan ayrılmadan öncə İrana bənzər tarixə sahib olublar.ancaq İrandan ayrıldıqdan sonra burada köklü dəyişikliklər baş verib.
Çar, Sovet və indiki demokratiya iddia edən dövlət, heç bir zaman şiə ruhanilərin mənəvi və ictimai təsirinə göz yuma bilməz. bu təsirlərin qarşısını almaq üçün çar dövründə bir sıra işlər görülmüşdür, o cümlədən ruhanilərlə xalq arasındakı əlaqələrə mane olmaq, dinə qarşı təbliğatlar, Ruhaniləri etibarsız etmək və etiqadları təhrif etmək.Sovet dövrndə dinə qarşı mübarizə daha da sərtləşdi.bu gün isə demekratiya iddialara baxmayaraq, möminlər və dindarlar dini mərasimləri icra etməkdə və din təbliğatda və dini təlinimlərdə bir sıra problemlərlə rastlaşırlar.
Müxtəlif problemlərin olmasına baxmayaraq, Qafqazın şiə ruhanilər idarəsi öz etiqadlarından əl çəkməyiblər.və tarix boyunca çalışıblar ki, öz vəzifələrini yerinə yetirsinlər.
Hazırkı məqalədə çalışacayıq ki, Qafqazın şiə ruhanilərin fəaliyyətini və hakimiyyətə qarşı mübarizələrini araşdıraq.bu məntəqədə, xüsusi ilə Azərbaycan respublikasında dini təhsil müəssisələrini tədqiq edəcəyik.bu məqalənin sonunda şiə ruhanilər idarəsinin xidmət sahəsini Qafqaz ruhanilər idarəsi ilə müqayisə ediləcəkdir.
Terminlər:
Ruhanilər, Şiə ruhanilər, Qafqaz, Qafqaz ruhanilər idarəsi, xidmət sahələri, ruhanilərin mübarizəsi
§ Giriş
Buna baxmayaraq ki, son 200 ildə Qafqazdakı xalqın İslam dininə olan marağı və şiə məzhəb olmaları təhrif edilmişdir, amma xalqın şiəçiliyi və İslamçılığı, İslam dinin bir möcüzəsidir.bu yolda gərk alimlərin, ruhanilərin, möminlərin xidmətlərini və dini mərasimlərin icra edilməsini, o cümlədən əzadarlıqlar, İmamlara ehsan verməkləri də xatırladaq, ancaq bu yolda Şiə rulanilərin rolu böyükdür və bu məsələni araşdırmaq lazımdır.
bu ölkə hər bir zaman dindarlıqda məşhur olub və xalq dini ruhanilərə, müctəhidlərə böyük hörmət edib. Qafqazın, Dağıstanın, İnquşun qanlı tarixi, xüsusi ilə İslamın məhvi və unudulmasına qarşı planlaşdırılmış mübarizələr olmasaydı, heç bir zaman mübariz ruhanilərlə tanış olmazdıq.1
dini ruhanilər həm məzlumcasına şəhid olublar, həm də tarix onları unudub.şəhid ruhanilərin ayağına daş bağlayaraq dənizə atırdılar. bu hadisələrdən 70 il ötüb, ancaq bunlar haqqında geniş bir məlumat yoxdur və olan məlumatlar olduqca azdır?!!Quranda gəldiyi kimi
یریدون ان یطفوا نورالله با فواههم و یابی الله الا ان یتم نوره و لو کره الکافرون.
Bu gün görürük ki, Qafqazın şiə xalqı, ruhanilərə və İslam dininə və şiə ruhanilərə meyləri daha çoxdur.
§ Mövzunun əhəmiyyəti və vacibliyi
Şiə tarixində Şiə ruhanilərin nüfuzu aydın şəkildə görünür.bunlar özlərinə məxsus xüsusiyyətləri olduğu üçün müxtəlif ictimai-siyasi hətta başqa firqələrə və dinlərə2 də nüfuz ediblər və ötən 14 əsrdə mühüm işlər görüblər.
Tarix boyunca şiə ruhanilərin uğurlu olması və ictimaiyyət tərəfindən qəbul edilməsinə əsas səbəb bunlardır:Məhəmməd peyğəmbərin şəriyyətinə və şiə imamlara inanmaq, cəhadın gücündən faydalanmaq, iqtisadi baxımdan hər kəs özünü təmin etmək, gündəlik və şübə suallara cavab vermək.
şiə ruhanilər idarəsinin xidmət sahələrini 6 hissədə (1.dini elmləri öyrətmək 2.zatı təmiz 3.şəriyyəti yaymaq 4.düşmənçiliyi aradan qaldırmaq 5. Məhdudiyyətləri yerinə yetirmək 6.şəriyyətə aid pulların toplnması və bölüşdürülməsi)nəzərə almalıyıq3 və əgər bunları Qafqazın şiə tarixində uyğunlatsaq, bir növ oxşarlıq ortaya çıxar.
əlbəttə şiə ruhanilərin xidmət sahələrini müxtəlif dövürlərə ayırmaq olar: Ana yurdan-İrandan ayrılmadan öncə, sovet dağıldıqdan sonra, sovet dövrü, Qafqazdakı bir neçə ölkənin müstəqiliyindən sonra, 1991-ci ildən indiyə kimi.
§ Araşdırma metodları
Hazırkı məqalə Azərbaycan şairləri və ruhanilər haqqında nəşr olunmuş bir necə məqalənin ardınca yazılıb.4 yazıçı çalışır ki, son iki əsrdə Qafqazdakı müasir və keçmiş şiə ruhanilərin fəaliyyətini araşdırsın.
Hazırkı məqalə bir neçə fəsildən ibarətdir.birinci fəsildə Qafqazın dini tarixini və şiə ruhanilərin fəaliyyətlərini araşdırılacaq, sonrakı fəsillərdə siyasi və ictimai və dini sahələrdə ruhanilərin və şiə alimlərin fəaliyyəti tədqiq ediləcək və sonda ruhanilərin keçimş və indiki haqqında danışacayıq.
Xatırlatmalıyam ki, bu ərazilər İrandan ayrılmadan öncə, şiə ruhanilərin vəziyyəti İrandakı şiə ruhanilərin vəziyyəti kimi idi. İrandan ayrılmış ərazilərin şiə ruhanilərin vəziyyətini bu məqalədə araşdırılacaq.
§ Araşdırmanın tarixçəsi
Araşdırdığımıza əsasən Qafqazın şiə ruhanilərinin vəziyyəti tədqiq edilməmişdir.amma bir sıra kitablarda ruhanilərin vəziyyəti qeyd olunub, o cümlədən:
§ “Pəjuhe” jurnalı(1385-ci il müqəddəs Qum şəhəri).Hüccətülislam İskəndər Hüseynovla bir neçə müsahibəsini nəşr etdirmişdir. Bu müsahibədə ruhanilərin yeri və fəaliyyəti və maneələr araşdırılmışdır.
§ 1375-ci ilin qış fəslində xaricə yayımlanan proqramlarda Qafqazın şiə rhanilərin vəziyyəti araşdırıldı və təəssüflə indiyənə kimi kitab şəklində nəşr olunmayıb.
§ “Aran”müəssisəsi 10 il fəaliyyətində Qafqaz şiə ruhaniləri haqqında bir çox məqaləni nəşr etdirib.və bunların ikisi həmin müəllifə aiddir.
§ Əbdülhüseyn Şəhidi Ərəsbaran Azərbaycanın islamçılarının başçısı olan Hac Əli İkram Əliyevin xatirələrini toplayıb və 1385-ci ildə İranda nəşr olub.
§ Azərbaycan respublikasında Şiə ruhanilərin vəziyyəti bir neçə sayıt və jurnalda araşdırılmışdı, o cümlədən “İslam Həqiqətləri”.
§ Bir neçə məqalə, o cümlədən Azərbaycan respublikasında dini təhsilin məqsədləri və Bakının dini müəssisələri(Azər Nəşr, 1991), Qafqazın Cənubunda şiə və sünni rühanilər idarəsinin fəaliyyəti www.yenisharq.orq adlı sayıtda “Yeni Şərq”tədqiqt mərkəzinin rəisi Elşən Müstafa Oğlunun vasitəsilə nəşr edildi. Hazırkı məqalə Dr.Mahmud Təqizadə Davərinin göstərişləri ilə 86-87-ci ildə (Şiə ruhanilər təşkilatı haqda dərslik) yazılmışdı.
Birinci Bölüm)Qafqazın Şiə Ruhaniləri
1) Çar dövrndə Qafqazın Şiə Ruhaniləri
Qafqaz, Ana yurdundan İrandan ayrılmadan öncə İranın tarixini təcrübə etmişdir.və həmin tarixi araşdırmaq üçün İran tarixinə müraciət etməliyik.İrandan ayrılmadan öncə bu ərazilərin bir sıra məşhur ruhanilərinin adlarını qeyd edirem, ancaq geniş şəkildə bilmək üçün mənbədə yazılmış müəllifin məqalələrinə müraciət edə bilərsiniz.
a. İrandan ayrılmadan öncə Azərbaycanın məşhur ruhaniləri
Ayətüllah Fazil İrəvani, Baba Nemətüllah Naxçıvani, Molla Mirzə Məhəmməd Şirvani, Əbü Yəqub, Yusif Qarabağı, Molla Şərif Şirvani, Mirzə Nəsir Qarabağı, Kəmaləddin Məsud Şirvani, Mirzə Əli Lənkərani, Mirzə Əhməd Şirvani, Əbdülrəhim Əlil Qarabağı, Molla Əli Xəlifə Qarabağı, Hac Mirzə Əbdüləli Qarabağı, Hac Mirzə Əliqulu Qarabağı, Axund Molla İsmail Qarabağı, Ayətüllah Axund Məhəmməd Əli Naxçıvani, Hac Məhəmməd Əli Şirvani, Ayətüllah Üzma Mirzə Əli İrvani, Axund Hac Mirzə Feyzüllah Müctəhid Dərbəndi, Mirzə Nəsir Qarabağı, İbn Sədrəddin Şirvani
b. İrandan ayrıldıqdan sonra Azərbaycanın məşhur ruhaniləri
Ayətüllah Seyid Hüseyn Badkubeyi, Ayətüllah Qulam Hüseyn məhami Badkubeyi, Mirzə Əbu Torab Axunzadə Bakuyi, Axund Molla Fazil Dərbəndi, Ayətüllah Mirzə Əbülqasim Ordubadi, Ayətüllah Məhəmədəli Qorvi Ordubadi, Ayətüllah Şeyx Əbdülqaffar Qafqazı, Ayətüllah Şeyx Əbdül Hüseyn Lənkərani, Ayətüllah Hac Mirzə Lənkərani, Ayətüllah Şeyx Sədrəddin Lənkərani, Hac Şeyx Cəfər Lənkərani, Ayətüllah Şeyx Hüseyn Lənkərani, Ayətüllah Fazil Mohedi Lənkərani, Ayətüllah Şeyx Ağa Lənkərani, ayətüllah Şeyx Seyd Rza Lənkərani, Ayətüllah Şeyx Əbdül Əziz Lənkərani, Ayətüllah Məhəmməd Lənkərani, Ayətüllah Şeyx İbrahim Lənkərani, Ayətüllah Şeyx Əbdül Qəffar Lənkərani.
İslam dinin gəlişindən sonra, xüsusi ilə 10-cu əsrdən sonra Qafqaz xalqının dini etiqadları və ruhanilərin mübarizliyi şiə dini təhsil ocaqlarındakı(Nəcəf, Kərbəla, Məşhəd və İsfahan) ruhaniləri və müctəhidləri heyran etmişdir.necə ki, bu bölgədən çoxlu sayda dini alim və ruhani İslam dünyasına, xüsusi ilə şiə məzhəbinə verib.bəzi müasir alimlər iddia edirlər ki, fəlsəfə və nitq elmləri hər bir zaman Qafqazın, xüsusi ilə Azərbaycanın inhisarındaydı və bu sahədə çoxlu alim və tələbə hazırlayıb.bu bölgələrlər İrandan ayrıldıqdan sonra hal-hazırda Azərbaycan respublikası, ermənistan, Gürcüstan və Rusiyanın cənubunda olan muxtar respublikalar, o cümlədən Dağıstan 17 məşhur Qafqaz şəhərləridir.hər birinin ayrı-ayrılıqda tarixləri var və bu arada şiə ruhanilərin tarixi, şəhid olmaq, gizlicə dini öyrətmək, İslam dinini qorumaq və s. ibarətdir. çar hakimiyyəti yalnız bu ərazilərin rəsmi şəkildə ölkəyə tabe olmasına daha çox maraqlı idi.buna baxmayaraq ki, dinin təhrif edilməsində və müsəlmanların mədəniyyətinin dəyişməsində səy göstərmişdi, ancaq bu hakimiyyətin daxili və beynəlxalq problemləri xalqın İranla dini, ictimai və mədəni əlaqələrinə maneçilik törətməmişdir.
Bu dövrün xüsusiyyətlərini qısa şəkildə izah edə bilərik:
§ Çar dövründə müsəlmanların əleyhinə dini qadağalar daha çox təblığat şəklində olmuş.
§ Bu qadağalar tədriclə və ehtiyatla olmuşdu.
§ İki Araz sahilində gediş-gəliş normal şəkildə olmuş.və iqtisadi-mədəni sahələrdə köklü şəkildə dəyişiklik olmamışdır.
§ Bu dövürdə bir çox tələbə dini təhsil almaq üçün dini sahələrə, xüsusi ilə Nəcəfə, Quma gələrək dini təhsil almışlar və dərslərini bitirdikdən sonra ölkələrinə qayıdıb dini təbliğ etmişdilər.
§ Ticarət azad şəkildə olmuş və hətta əhali istədikləri ərazilərdə yaşaya bilmişdir.
§ Qanun çərçivəsində müsəlmanlara elmi sahələrdə fəaliyyət etməyə icazə verilmişdir.və hətta Gürcüstanın xristian ərazisinə də aid idi.və müsəlmanlar dini mərasimlərini azad şəkildə icra etmişdilər.
§ Böyük şəhərlərdə, kiçik şəhərlərdə hətta kəndlərdə məscidlər və İslami məkanlar var idi.burada müsəlmanlar xeyriyyə cəmiyyəti təşkil edərək, İslam dinini və mədəniyyətini yaymışdılar.
§ Qafqaz və Rusiya müsəlmanları karvan şəklində müqəddəs şəhərləri(Məşhəd və Məkkə və s.)ziyarət etmiş və İran və Çar dövlətləri də onlara yardım etmişdilər.çar dövründəki statistika məlumata əsasən 60 min nəfər müsəlman İran vasitəsilə və ya başqa yollardan istifadə edərək Məkkəyə səfər etmişdilər.5
§ Bu dövürdə xalq şiə məzhəb olduğuna görə müctəhidlərə xums, zəkat, nəzr, ehsan və s. vermişdilər.
§ əzadarlıq etmək, dini bayramların icrası, imamlara ehsan vermək azad şəkildə olmuşdur.xalq şiə olduğuna görə onların qarşısı alınmamışdır.
Bu səbəblər, əsasən son iki səbəbə görə çar dövləti, dini işlərə nəzarət etmək üçün başqa bir siyasətləri yürütdü, o cümlədən “Qafqaz Ruhanilər İdarəsi”ni təşkil etdirir.
2) Sovet dövründə Qafqazın Şiə Ruhaniləri
Bu dövürdə müsəlmanların əleyhinə təbliğatlar, qadağalar, dinə zidd fəaliyyətlər daha sərt şəkildə davam etdirilmişdir.və hər bir dini fəaliyyətin qarşısı alınmışdır.
əslində savet hakimiyyəti iki məqsədə nail olmaq üçün “Azərbaycan Sovet” partiyasını gücləndirmək istəyirdi:
1. Bu ərazilərin dini və tarixi əlaqələrini İslamdan və İslami-İrani mühitdən kəsmək və erməniləri və rusları müsəlmanların ərazilərində, xüsusi ilə Azərbaycan və Ermənistan(xüsusi ilə Qarabağ), yerləşdirmək istəyirdi.
2. Qafqaz bölgəsindən Yaxın şərqə Sovet inqilabını yaymaq istəyirdi.6
Sovet dövləti Qafqazın ən məşhur şəhərini Gəncənin adını “Kirovabad” və Xankəndini” Stpanakrt”adına dəyişdirmişdi.və bir çox erməni və rusları orada yerləşdirmişdi.
Ruslar, müsəlmanları strateji baxımdan özlərinə tabe etmək üçün bu işləri görmüşdülər:
1. Rus mühacirləri üçün kəndlərin inşası
2. Milliliyi qorumaqla və Rus dili və mədəniyyətini məcbur etmədən xristianlığı yaymaq
3. Din dəyişmək və Rusların ictimai və mədəni mühitinə müsləmları əlaqələndirmək
4. İslam dinini məhv etmək üçün nəzəri və praktik işlərin görülməsi
5. Müsəlmanları qovmaq, köçürmək və təhqir etmək
1918-ci ildə bolşviklər və sovetlərdən sonra və siyasi baxımdan sabitlik yarandıqdan sonra məzhəb və dini alimlərin əleyhinə mübarizə başlandı.30-cu illərdən sonra mədrəsələr, məscidlər bağlandı və bir çox ruhani edam, sibirə sürgün və həbs edildi.keçmiş sovet Təhlükəsizlik təşkilatının yaydığı məlumata əsasən Nəcəf, Kərbəla, Tehran, Məşhəd və Ərdəbilin dini ocaqlarında təhsil almış 800 nəfərdən çox ruhani və dini alimlər qısa zaman içərisində öldürüldü.bu saydan 17 ruhani müctəhid idi, o cümlədən Ayətüllah Seyd Qəni badkubeyi və Ayətüllah Şeyx Qüdrətüllah İbrahimi, Ayətüllah İsfəhani və onlarla dini ruhanilərin soy adları İrəvani, Lənkərani, Naxçıvani olanlar.hətta Azərbaycanın müstəqilliyindən sonra Xəzər dənizinin kapitanlarının biri təsdiqlədi ki, 300 ruhaninin əl-qolunu bağlayaraq və ayaqlarına daş bağlayıb dənizə atmışdılar.7
Bu dövrün ən məşhur başqa ruhani şəhidləri, Seyid Məhəmməd və Şeyx Hənifə badkubeyi, Şeyx Kamyab və Şeyx Həsən rəmanayi, Axund Hac Ruhüllah Məhəmmədzadə, Şeyx Qüdrətüllah İbrahimi, Axund Həbibüllah Əlizadə(Bakı), Şeyx Əbdülqəffar Ordubadi(Naxçıvan), Şəhid Mir Fazil Ağa(Göyçay), Mir Əşrəf Ağa, Mir Bağır Ağa, Məhəmməd Ağa, Molla Əbdüllah(Salyan) idi.
1928-ci ilin sonlarında və Stalinin gəlişindən sonra-o, müsəlmanların gücündən” İslam İnqilabı”dan qorxurdu. Və bu ruhanilərlə düşmənçilik edirdi, dinlə mübarizə geniş şəkildə başlandı, belə ki məscidlər dağıdıldı, dindarlar vəhşicəsinə öldürüldülər.bu dövrü bəşəriyyət tarixində, xüsusi ilə İslam tarixində dəhşətli günlər hesab etməlik.
“İkinci Dünya” Savaşında vəziyyətin ağır olmasına görə, müharibəyə əsgərlər lazım olduğu üçün nisbi azadlıq verildi.ancaq bu azadlıqlar aldadıcı idi və həmçinin Qafqazda, sovet ərzisində müsəlmanların dini azadlığını göstərmək üçün verilmişdir. xarici jurnalistlərə bir neçə məscidi göstərmək üçün açıq saxlamışdılar.və başqa məscidlər bağlı idi.
Sovet hakimiyyəti siyasət və beynəlxalq səviyədə İslami ölkələrin himayəsini cəlb etmək üçün və öz cinayətlərini ört-basdır etmək üçün müsəlmanalara nisbi azadlıq verdi.və Qafqazda yüksək iqtisadiyatın olmasını və demokratiyanın olduğunu sübüt etdirmək üçün İslami ölkələrə səfər etdilər.sovet dost olduğunu iddia etdi və siyasi nümayəndələrini islami ölkələrə göndərərək əlaqələri möhkəmləndirdi. 9
Bu siyasətlərlə yanaşı dövlət dinə nəzarət etmək üçün “Qafqaz Ruhanilər İdarəsini”yenidən bərpa etdirdi.bu təşkilat sovetdən sonra ləğv edildi.ancaq bir sıra səbəblərə görə sovet hökmdarları yenidən bu təşkilatı bərpa etdilər.
İkinci Bölüm)Qafqaz Ruhanilər İdarəsi
1) “Qafqaz Müsəlmanlar Rühanilər İdarəsi”nin ortaya çıxması və fəaliyyəti
Qafqaz ana ölkəsindən, İrandan ayrıldıqdan sonra və bu ərazilər çar tərəfindən işğal edildiyi zaman bu hakimiyyət Qafqaz xalqını, xüsusi ilə Azərbaycan respublikasının şiə xalqını İslam dünyasından, xüsusi ilə ruhanilərin nüfuzundan və İranın dini mərkəzlərindən və həmçinin onların mənəvi təsirindən xaric etmək üçün və onları Qafqazın şimalında olan azadlıq hərkatından uzaqlaşdırması üçün səy göstərdi.”müridçilik təbliğ edildi ta özlərinə xas olan din xadimlərinin vasitəsi ilə(Qafqaz Ruhanillər İdarəsi) müsəlmanlar tərbiyə edildi.və həqiqi İslam və ruhani xalqın gözündə dəyərsizləşdirildi və beləliklə onların təsiri azalsın.onlar, Qafqazın din xadimlərini dövlətin məmurlarına çeviriblər.çar dövləti həmin məqsədə nail olmaq üçün “Şeyxülislam”titulundan istifadə etdi.nəhayət 1823-cü ildə “Qafqazın Şeyxülislam İdarəsi”təsis və 1832-ci ildə Müftilərin vəzifəsi məlum edildi.Şeyxülislamlar müstəqil vəzifələri ilə məşğul oldular və onların vəzifəsi ruhanilərin adlarını təsdiqləmək idi.ancaq bu vəzifələrin təyin edilməsi “Ruhanilər İdarəsini”təşkil etmək deyildi”.10
“Şeyxülislam titulu davamlı olaraq Tiflis şəhərində müsəlmanlara və şiə məscidlərin axunduna verilmişdir.müftiçilərin mərkəzi bir müddət Qazan şəhərində və sonra Tiflis şəhərində yerləşdirilmişdir.və Qafqaz müsəlmanların dini başçıları, yəni Şeyxülislamlar və müftiçilər ildə bir dəfə çar dövlətindən hər bir nəfərə 5000 manat gümüş pul almışdılar.”11
Çar dövləti hər zaman müsəlmanlara təzyiq göstərmişdir və hər bir vasitədən istifadə edərək müsəlmanlara nəzarət etmişdir.Rusiya, İran və Türkiyə ilə müharibə etdiyi zaman müsəlmanlardan istəmişdi ki, xristianların qalib gəlməsinə dua etsinlər.çar hakimiyyəti mənəvi baxımdan Azərbaycana daha çox təzyiq göstərmək üçün onlardan istəmişdi ki, öz həmdinlilərinə qalib gəldikləri üçün dövləti alqışlasınlar və təsdiqləsinlər.
“(1882-1862)ci illərdə İkinci Alksandr və onun canişini olan kiçik qardaşı, Mixail Niklayoviç dövründə Qafqazın cənubunda “Müsəlman Ruhanilər İdarəsi”nin təşkil edilməsisürətləndirilmişdir.”12
§ Dini Xadimlərin Dərəcəsi
Ruhanilər idarəsində dini xadimlərin müxtəlif vəzifələri var idi.aşağı vəzifə mərasimləri icra edən şəxsə və mədrəsələrdə və məscidlərdə din öyrədən şəxslərə, yəni məscidin mollasına verilmişdir.məscidin ruhanilər idarəsi məhəlli hakimlərə verilmişdir.bunlar ikinci dərəcəli vəzifəli şəxslər idi. üçünçü dərəcəli vəzifəli şəxslər məntəqənin hakimi idi.onların kənarında məscidlərin və mədrəsələrin xüsusi müəllimləri təbliğata nəzarət etmişdilər.
sünnilərin dini ruhanisinə “Müfti”və şiələrin dini ruhanisinə”Şeyxülislam”deyilmişdir.onlar ruhanilər idarəsinə başçılıq etmişdilər.ruhanilər idarəsinin işinə nəzarət etmək üçün xüsusi heyət təşil olunmuşdur.Qafqazın müsəlmanlar idarəsi sünnilərdə”Müfti” və şiələrdə”Şeyxülislam”-ın başçılığı ilə təsis edilmişdir.və bu şəxslər ətraf məscidlərin şikayətlərinə nəzarət etmişdilər. Hər iki dini rəhbərin fitva vermək hüquları var idi.”13
Rus hakimiyyəti Rus dilini və qanunlarını İslami elmlərdən üstün tutmaqdan məqsədi, müsəlman din xadimlərini özlərinə tabe etmək və xalqdan uzaqlaşdırmaq idi.və dövlət tərəfindən savadsız şəxslərə- dini vəzifələrə çatmaq üçün- imkan yaradılmışdı və beləliklə çar dövləti öz istəklərinə nail olmuşdur.savadsızlıq yalnız aşağı vəzifələrdə olan ruhanilərin arasında deyil, bəlkə yüksək vəzifəli ruhanilərin içərisində də geniş şəkildə yayılmışdır.və bir çox din xadimlərin hörməti xalqın arasında azalmışdır və beləliklə “Ruhanilər İdarəsi” 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində 40 ildən sonra öz məqsədlərinə çatmışdılar.”14
2)Sovet dövründə Qafqaz Ruhanilər İdarəsi
Qeyd etdiyimiz kimi çar dövləti 1823-cü ildə Qafqazın müsəlmanlarına Şeyxülislam vəzifəsini və 1832-ci ildə isə Müfti vəzifəsi təyin etdi və 1872-ci ildə iki müstəqil dini orqan sünni və şiə bərpa olunudu.
Azərbaycan Sovetlər tərəfindən işğal edilikdən sonra məhəlli dini orqanlar ləğv edildi və Rusiyanın”Ufa”şəhərində yerləşən mərkəzi Ruhanilər idarəsinə tabe oldular.ancaq bu orqanın yetərincə gücü yoxdur.
“1943-1944-cü illərdə bu idarənin rəisinin təkilifinə əsasən və ali sovet heyətinin razılığı əsasında müsəlmanların müstəqil dini idarələri təşkil olundu:
I. Avropa hissəsi və Sibirdəki müsəlmanların dini idarəsi Ufa şəhərində.
II. Qazaxıstan və Orta Asiya Ruhanilər İdarəsi Taşkənd şəhərində.
III. Qafqaz Müsəlman Ruhanilər İdarəsi Bakı şəhərində.
IV. Şimali Qafqaz və Dağıstan Müsəlman Ruhanilər İdarəsi Mahaç Qalada.
1944-cü ilin Aprel ayının 14-də Sovet ali heyətin 17 nömrəli əmrində “Qafqaz Ruhanilər İdarəsi”təşkil olundu.və 25-28 mayda Qafqaz müsəlmanların konqresi Axund Ağa Əlizadənin başçılığı ilə keçirildi.və Axunda Şeyxülislam titulunu verildi.bu idarə Azərbaycan, Ermənistan, Gürcüstan müsəlmanlarını və məscidlərini idarə etmək üçün təşkil olundu.15
Bu idarənin səlahiyəti əsasında bütöv Qafqazda yalnız 22 məscid, 1 ziyarətgah və 70-ə yaxın din xadimi mövcud idi.Müsəlmanların əksəriyyəti Qafqazın cənubunda yaşamışdılar.buna baxmayaraq ki, burada əhalinin məscidə və ruhaniyə ehtiyacları çox idi.qeyri-rəsmi ruhanilərin vasitəsilə dini mərasimlərini müxtəlif evlərdə, müqəddəs və köhnə məkanlarda və ziyarətgahlarda icra etməyə məcbur idilər.beləliklə öz dini hisslərini gizlədib və gizli şəkildə mərasimilərini keçirmişdilər.16
Qafqaz Müsəlmanlar İdarəsinin sədri( Şeyxülislam)1954-cü ilə kimi Şeyxülislam Əlizadə ondan sonra Həkimzadə və ardınca Molla Əli Süleymanzadə, Mir Qəzənfər İbrahimov və nəhayət 1980-ci ildən bu günə kimi Şeyxülislam Allahşükür Paşazadədir.həmin şəxs sovet dövründə deputat olmuşdur.
3) Müstəqillikdən sonra “Qafqaz Ruhanilər İdarəsi”
Qafqazdakı ölkələr müstəqil olduqdan sonra özlərinə məxsus dinə qanular təsdiqlədilər.Azərbaycan respublikasında Həm Ruhanilər İdarəsi, həm də dövlət tərəfindən dini işlər üzrə komitə təşkil olundu.bu növ təşkilat daha çox Türkiyə sistemindən alınıb.həmin komitə ölkənin dini komitələrinə nəzarət etməli, dini təşkilatlar qeydiyyatdan keçirilməli. bu təşkilatın fəaliyyəti və maliyyə baxımdan dövlətə tabe edilməlidir.
Azərbaycan dövləti İslami təşkilatın yaranmasından qorxur və bu hiss İran İslam İnqilabından sonra daha geniş şəkildə yayılıb.və Azərbaycanın dindar xalqı bu potensiala malikdir.dövlət müxtəlif siyasətlərlə çalışır ki, islamçıların qarşısını alsın və onlara nəzarət edir.və əgər bu dini təşkilatlar dövlətə tabe olmasalar onların əleyhinə zor tədbiq edilir, o cümlədən 20 il öncə Nardalan və ... qəsəbələrdə dindar xalqa və İslami cəmiyyətlərdə, Cümə Məscidində və “İslam”partiyasında bunu müşahidə etdik.
4) “Qafqaz Ruhanilər İdarəsi”nin təşkilində əsas amillər
Qafqaz bölgəsi, xüsusi ilə Azərbaycan respublikası(əksəriyyəti şiədir) dindar olduğu üçün və həmçinin müsəlmanlar müctəhidlərə tabe olduğu üçün və (xüms, zəkat və sa.)verilməsi, çar hakimiyyəti dinə nəzarət etmək üçün, müsəlmanların əlaqəsini xaricdəki dini mərkəzlərdən və müctəhidlərdən kəsmək üçün və həmçinin öz dini əqidələrinə uyğun olaraq ruhanilərin tərbiyə edilməsi üçün ruhanilər idarəsini təşkil etdirdi.bu təşkilatın yaranması Sovetdən öncə idi.və bu siyasət ilk Tataristanda, Mərkəzi Asiyada və sonra Qafqazda təşkil olmuşdur.
Ümumiyyətlə 1920-ci ildən öncə müctəhidlərlə mübarizə etmək üçün və dindarların əlaqəsini Nəcəf, Qum, Xurasan və sa. kəsmək üçün ruhanilər idarəsi təşkil olundu.hakimiyyət istəyirdi ki, xalq müctəhidlərdən uzaqlaşsın.və bu dövürdə ruhanilər idarəsi daima dövlətin nəzarətində idi.17
Rusiya inqibından sonra və sovet hakimiyyətində dinə aid bütün proqramlar bağlandı və hətta rusların məqsədinə uyğun olaraq ruhanilər idarəsi təşkil olunmasına baxmayaraq bu təşkilat da bağlandı.və bütün dini fəaliyyətlər qadağan edildi.bu siyasət 1940-cı ilə kimi davam etdirildi.
İkinci dünya savaşında sonra sovet hakimiyyəti tərəfindən azadlıqların yayılması və müsəlmanlara təzyiq göstərdikləri üçün dünya tərəfindən tənqid olduqları üçün zahirdə dini azadlığın olmasını beynəlxalq ölkələrə göstərmək üçün və müsəlmanların dini fəaliyyətinə nəzarət etmək üçün (xüsusi ilə 1942-ci ildən sonra) ruhanilər idarəsi təşkil olundu.onların məqsədi saray ruhanilərin tərbiyə edilməsi idi.
Azərbaycanda din boşluğu olduğu üçün və xalqın dinə olan həvəsi səbəb oldu ki, dövlət bu boşluğu aradan qaldırmaq məqsədi ilə iki dini-elmi mədrəsə təsis etdi.ancaq əlaqəsi olmayan və dindən uzaq olan cavanları seçib bu mədrəsəyə göndərdi.və bunlar dinə aid bir sıra elmləri öyrəndikdən sonra bu mədrəsədən məzun olurlar və ruhanilər idaəsinin təhlükəsizlik komitəsinə üzv olurlar və sonra Azərbaycanın müxtəlif şəhərlərinə gedərək dini işlərə nəzarət edirlər.18
1940-ci ildən sonra ilk ruhanilər idarəsi Taşkənddə sonra Tiflisdə və nəhayət Bakıda təşkil olundu.və beləliklə bütün müsəlmanlar(sünni, şiə) bu idarəyə tabe oldular.
Stalinin ölümündən sonra və xruşovun zamanında buna baxmayaraq ki, təzyiqlər çox idi, ancaq xalq dindən əl çəkmədi və dindarlıqlarını qorumuşdular.beləliklə dövlət qərarlaşdı ki, ruhaniləri özləri tərbiyə etsin.saray ruhaniləri avamçılığı və dini təhrifləri xalqa öyrətdilər.onlar dinlə mübarizə etmək üçün etiqadsız, inamsız, ifratçı və sovet tərəfdarı olan mollaları tərbiyə etdilər.saray mollaları məsciddən çıxdıqdan sonra hətta şərab içirdilər, qumabazlıq və yüzlərlə şəriyyətə zidd iş görürdülər.hətta xalqa təbliğ etdilər ki, məscidə gedən və namaz qılan şəxs şərab da içə bilər. Onlar öz işlərində demək olar ki, uğurlu olublar və Azərbaycanın din sahəsində olan indiki problemlərin mənşəyi bu mövzudur.necə ki, xalq arasında din haqqında söhbət edəndə xalqın fikri ruhanilər idarəsinə yönəlir.sovet dövründə dinə və dindarlara qarşı savadsız ruhaniləri”Molla”adı ilə tərbiyə etdilər və məscidlərə göndərdilər.20
bu idarənin ruhaniləri dövlətin himayəsində olan saray mollarına məşhurdur.onlar dövlətin və təhlükəsizlik qüvvələrin sözlərini xalqla diktə ediblər.bu ruhanilər daha çox dövlətin məqsədlərinə uyğun hərəkət edirlər və dindar deyillər.bu təşkilatın və dövlətin məqsədi tam olaraq məlum idi, ancaq elə şəxslər də var idi ki, həqiqi dini yaymaq üçün bu təşkilata daxil olmuşdular.və İslam dinini qorumaq üçün hakimiyyətə qarşı heç bir iş görməmişdilər.və çalışırdılar İslami təbliğ etsinlər.və bu ruhanilər həqiqi dini xalqa öyrədirdilər.
Bakı şəhərində Axund Əli Bəndə din dərslərini öyrətmişdir, Sabirabadda Axund Məsib, Neftçalada Mirzə Xəlil 10 il həbsdə qalmışdır, Əlibayramlıda Molla Əhməd, Axund Məzahir, Axund Bülbül, Molla Əli, Şeyx Möhsün Qafqaz Ruhanilər İdarəsinin şeyxülislamlaridilər.bu ruhanilər gah gizli, gah da aydın şəkildə 1953, 1975-ci illərdən sonra həqiqi dini təbliğ etmişdilər.21
Azərbaycanın müstəqilliyindən sonra bu ölkənin laik və sekuralizm hakimləri Qafqaz Ruhanilər İdarəsinin formasını qoruyublar və keçmişdəki məqsədlərə uyğun olaraq(zahirdə demokratik şəkildə)bu təşkilat fəaliyyətini davam etdirir.hətta dövlət ölkədə dini komitə təşkil edərək dinə nəzarət edir.və müxtəlif siyasətlərlə ictimaya daxil olur.
Üçünçü Bölüm)Müasir Dövürdə Qafqaz Şiə Ruhaniləri
Sovet hakimiyyəti dağıldıqdan sonra Qafqaz bölgəsi bir neçə kiçik ölkəyə çevrildi.halbuki çox uzaq olmayan zamanlarda Qafqazın əhalisi Erməni, Gürcü və əksəriyyəti müsəlman olan Azəriləridi.sovet hakimiyyəti dövründə etnik baxımdan dəyişikliklər oldu.belə ki, 1991-ci ildə Qarabağ ermənilər tərəfindən işğal edildikdən sonra müsəlmanlar ermənistandan qovuldular.və Gürcüstanda yalnız 11 faiz müsəlman var.
Gürcüstanın Acar bölgəsi sünni məzhəb idi və bu ölkənin müxtəlif ərazisində 300 min nəfərdən az şiə Azərilər yaşayır.bu məntəqənin şiə ruhaniləri iki yerə ayrılır:1.Qafqaz Ruhanilər İdarəsi tərəfindən seçilən həmin ruhanilərdir.ikinci qrup isə mədrəsələrdə dini təhsil almış tələbələrdi ki, qayıtmış ruhanilərdən dini öyrənmişdilər.
Gürcüstanda ruhanilərin əsli fəaliyyəti dini təbliğ etmək və öyrətməkdir.burada əhalinin maaşı az olduğuna görə şəriyyətə aid verilən pullarda çətinliklər törənir.
Bu bölümdə Azərbaycan respublikasında müsəlmanların vəziyyəti araşdırılacaq.burada əhalinin 90 %-dan çoxu müsəlman və 80%-dan çoxu şiədir.22
Bu ölkə müstəqil olduqdan sonra şiə ruhanilər və xalq hər zaman İranın Şiə Ruhanilərinin təsirndə olmuşdular.”Azərbaycan respublikasının 80%-dan çox əhalisi şiə məzhəb və 12 imama inanırlar.şiəçiliyin güclü olması və İranla dostluq əlaqələrin olması səbəb olub ki, 1990-cı ildən bəri müsəlmanların yaşayış forması dəyişsin.sovet dağıldıqdan sonra İran şiələrinin Azərbaycana nüfuzu və Azərbaycan dövləti və xalqı bu dəyişikliyə olan reaksiyası əhəmiyyətlidir23.
Bu ölkənin dini ruhaniləri şövqlə İrana gəlirlər.və dini ocaqlarda Qum, məşəd və sa. şəhərlərdə təhsil alırlar.bu ölkənin əhalisi müctəhidlərin fitvasına əsasən dini mərasimləri icra edirlər.
“1991-ci ildə sərhədlərin açılması ilə yüzlərlə gənc İran İslam İnqilabının yabançı tələbələrə yaratdığı imkandan istifadə edərək dini mədrəsələrdə təhsil aldılar.onların əksəriyyəti Qumda təhsil aldılar.burada iki mədrəsə “Hüccətiyə”və “İmam Xümeyni”var.və hər bir mədrəsədə 200-250 nəfər Azərbaycanlı var.bu azərbaycanlıların əksəriyyəti Azərbaycan respublikasının cənub zonasındandılar.və Gürcüstan və Türkiyənin Azərbaycanlılarıdır.1992-1993-cü ildə onların vasitəsi ilə İranda şiə ədəbiyyatı nəşr olunub.bu tələbələr Ərəb və fars dillərini öyrənib və 10-lara kitab tərcümə ediblər.və bu kitablar Azərbaycanın kitabçıları tərəfindən yayılıb. Azərbaycanda şiəçiliyin yayınmasında bu tələbələrin əksəriyyətinin böyük rolu olub və onların çoxu İranda yaşayırlar.”24
islamçılarının biri öz xatirəsində yazıb:
“Nardalanda(Bakıda)əksər əhali işlərini, məişət formalarını və sa.müctəhidlərin sözləri əsasında nizama salırlar.25ancaq şiəyə meyl etmək və İranın Azərbaycana olan təsirini Amerika qəbul etməyir.və buna görə dinlərə və məzhəblərə qarşı, xüsusi ilə Şiəyə qarşı müxtəlif planlar hazırlayıb.”26
Bu problemlərə və maneələrə baxmayaraq müctəhidlər öz mövqelərini qoruyublar.başqa sözlə desək”Azərbaycan respublikasında İslam baxımdan baş vermiş mühüm dəyişikliklərdən biri Aşura və müctəhidlərin gücüdür.bunların hər ikisi on iki imamın səciyyəvi xüsusiyyətlərindəndir.bu dəyişikliklər Azərbaycanla İranın ənənəvi əlaqələrini canlanmasıdır.şiələrin məktəbində müctəhidlər bütün möminlərin başçısıdır.əhli-beyt onlardan üstündür.müctəhidlərin verdiyi fitvanı bütün şiələr yerinə yetirməlidilər.bütün şiələr və ruhanilər gərək müctəhidlərdən itaət və təqlid etsinlər...”27
Buna baxmayaraq ki, bu ölkənin başçıları təhrif olunmuş fikirləri, dinə zidd təbliğatları, sekolaristi fikirləri yayırlar.ancaq ruhanilərin sayəsində təmiz və həqiqi dinin öyrədilməsi və xalqın şiəçiliyə olan həvəsi səbəb olub ki, beynəlxalq sionismlərin, dini təhrif edənlər məğlub olsunlar.bu məğlubiyyəti müşahidə etmişik, o cümlədən
§ Azərbaycan respublikasının Gəncə şəhərində 88/6 faiz valideyn istəyir ki, uşaqlarını islami tərbiyə etsin və 97/1 faiz əhali inanır ki, İslam dini başqa dinlərdən üstündür və 67 faiz əhali istəyir ki, İslam dini geniş şəkildə yayılsın.28
§ 1386-cı ildə Azərbaycanın və Gürcüstanın şiə əhalisinin 50 %-i oruc tutmuş .və ruhanilərin təbliğatı nəticəsində xalqın həvəsi namaz qılmağa günbəgün çoxalır.29
§ Azərbaycan respublikasında uşaqlara ən çox Məhəmməd və Fatimə adlarını qoyurlar.30
§ Azərbaycan və Gürcüstanın məscidlərindəki ruhanilərin əqidəsi İrandakı ruhanilərin əqidəsinə uyğun gəldiyi məscidlərdə cavanlar dini fəaliyyət göstərirlər. 31
§ Azərbaycan respublikasında ruhanilərin rəhbərliyi altında xalq İsrail-Azərbaycan dostluq parkının açılmasında etiraz etdilər, və bu parkın açılışı ləğv edildi.32
§ Azərbaycan respublikası müstəqil olduqdan sonra qadınların hicaba marağı az idi, ancaq bu gün qadınların həvəsi hicaba getdikcə çoxalmaqdadır.2008-ci ilin əvvəllərində universitet və məktəblərdə hicabı qadağan etmək üçün məsclis bu haqda qanun təsdiqləmək niyyətində idi, ancaq xalqın və ruhanilərin etirazı səbəb olu ki, bu qanun ləğv edilsin.33
Dördüncü Bölüm)Şiə Ruhanilərin Dövlətlə mübarizəsi
1. Pasportda qadınların hicablı olmasına qadağalar:
Bu əmr səbəb olub ki, bir çox möminə qadınların pasportu olmasın.və xarici ölkələrə, xüsusi ilə ziyarət üçün müqəddəs yerlərə, Məkkəyə getməkdən mərhum olsunlar.necəki, bir çox möminə qadınlar deyirlər ki, hisaba görə ziyarətdən mərhum olublar.əlbəttə bu qadağanı aradan qaldırmaq üçün çoxlu səylər olunur, o cümlədən ruhanilər hüquqi orqanlara müraciət etməklə, etiraz aksiyası keçirməklə çalışırlar bu qadağaya son qoysunlar.
2.Dövlət tərəfindən universitetlərdə və məktəblərdə hicablı qadınların iştirakına məhdudiyyətlərin yaranması
əlbəttə bu qanun rəsmi şəkildə təsdiqlənmədi, ancaq mənfi təbliğatlar, universitetlərə, məktəblərə və dövləti idarələrin müdirlərinə olan məhdudiyyətlər səbəb olub ki, bu ölkədə möminə qadınlar azad şəkildə və öz istəklərinə uyğun hicabı seçə bilməsinlər.
3.Dövlət müstəqil şəkildə dini mərkəzlərin və mədrəsələrin yaranmasına maneçilik törətməsi
Azərbaycan müstəqil olduqdan sonra, dövlət dinə nəzarət edib və Qafqaz Ruhanilər İdarəsini gücləndirib və dini işlər üzrə komitə təşkil etdirib.
“dövləti komitənin bəyanatına əsasən Azərbaycanda qeyd olunmuş dini mərkəzlər 500-dən çoxdur, bunlardan 471 təşkilat İslami və 31 təşkilat qeyri-islamıdır.11 təşkilat isə qeydiyyatdan keçmək üçün bu komitəyə müraciət edib.34
əlbəttə qeydiyyatdan keçmiş təşkilatların əksəriyyəti qeyri-şiə(sünni)dir, yəni 80%-dan çox əhali şiə olmasına baxmayaraq 30%-dan az təşkilatlar şiələrə aiddir.Bakı və Bakı ətrafı şəhərlər respublikanın 50% əhalisini təşkil etməsinə baxmayaraq yalnız 45 təşkilat və İslami qruplar qeydiyyatdan keçibler, Zaqatalanın əksər əhalisi sünni məzhəbdir və 200 min nəfərdən az əhalisi var, ancaq 22 dini təşkilat qeydiyyatdan keçib.35
bu təşkilatlardan məqsəd dinə nəzarət etmək, başqa İslami təşkilatlardan üstün olmaq və dini fəaliyyətlərə maneçilik törətməkdir.bu təşkilat xristianların, vəhabilərin, bəhayilərin və yabançı ölkələrin dini müəssisələrin fəaliyyətinə icazə verir, ancaq şiə ruhanilərin fəaliyyətinə mane olurlar.
Vəhabilər tarixi və şiə xalqın etiqadlarını təhrif edirlər və hətta son zamanlar müxtəlif məzhəblər və milliyyətlər arasında münaqişəyə səbəb olublar, ancaq şiə təşkilatlarına heç icazə vermirlər ki, rəsmi şəkildə qeydiyyatdan keçsinlər.hal-hazırda xristianlar 10-dan çox dini mərkəzlər təsis ediblər və geniş səviyədə bu dini təbliğ və İncil kitabını nəşr etdirirlər.36
Bakıda yerləşən “Cümə”məscidinin təşiklatı, cavanlar arasında ən məşhur təşkilatdır, ancaq 2005-ci ildə bu təşkilatda fəaliyyət göstərən şəxslər məsciddən qovuldular.və onların fəaliyyətinə qarşı müxtəlif hərəktlər etdilər.Hac İlqar İbrahimli bu məscidin imamı və bir neçə fəal üzv müxtəlif bəhanələrlə bir neçə ay dustaq edildilər və indi də ölkədən xaricə getmək icazələri yoxdur.
4.Mətbuatı başı-başına buraxmaq və dini təhqir etmək
Azərbaycan respublikasının dövləti laik bir dövlət olduğunu bəyan edib.buna baxmayaraq ki, bu ölkənin 90%-dan çox əhalisi müsəlmandır, ancaq bu ölkədə dinə, müctəhidlərə və dini inamlara qarşı müxtəlif təhqirlər olunur.
Son zamanlar Azərbaycan respublikasıdakı ruhanilərin və möminlərin uğurlu işlərindən biri İslam dininin əleyhinə -“Sənət”jurnalında yazılan təhqirə qarşı çıxmalarıdır.1385-ci ildə bu jurnal açıq şəkildə dini təhqir etdi və şiə ruhanilərin və islamçıların başçılığı ilə xalq buna etirz etdi.müctəhidlərin, o cümlədən mərhum Ayətüllah üzma Fazil Lənkərani və mərhum Ayətüllah Bənifəzlin fitvasından sonra xalq kəndlərdə və şəhərlərdə etiraz aksiyası keçirtdilər və dövlət məcburiyyət qarşısında qalaraq “Sənət”jurnalının sədrini və məqalə yazan şəxsi həbs etdirdi.
Hərçənd ki, mətbuatda təhqirlərin qarşısı alınmayır, ancaq qeyd etdiyimiz mövzu səbəb olub ki, İslama və müsəlmanlara qarşı olanlar şiə ruhanilərin və müctəhidlərin təsirindən dərs alsınlar.
5.Mətbuatda əxlaqa zidd məsələlərin yayılması
Avropada olduğu kimi Azərbaycan respublikasında da mətbuatda, televiziyada və sa. əxlaqa zidd proqramlar yayımlanır.
Qeyd olunmuş mövzular səbəb olub ki, şiə ruhanilərlə dövlət arasında müxtəlif ziddiyətlər ortaya çıxsın.əxlaqsızlığa qarşı mübarizə etmək üçün istifadə olunan yollardan biri mətbuatdan tənqid etmək və dini təbliğatlardır.
6.Küçələrdə dini mərasim icra edilməsinə maneçilik törətmək
Məzhəbi mərasimləri qeyd etmək, artıq bir mədəniyyətə çevrilib və hətta Sovet hakimiyyəti bu mərasimlərin icrasına mane ola bilməzdi.ancaq məhdudiyyətlərin yaranmasına görə küçələrdə mərasimlərin icra edilməsinə, şiələrin vasitəsilə məscidlərin inşa edilməsinə və dini günlərdə daha çox xalqın iştirakına maneçilik törətmişdi.
7.İranın şiə ədəbiyyatının yayılmasına və dini mərkəzlərin açılmasına maneçilik törətmək
Keçimişdən bu günə kimi İranın şiə ədəbiyyatının yayılması və müctəhidlərin dini mərkəzlərinin açılması hər zaman qadağan olub və olur.əvvəllərdə qeyd etdiyimiz kimi dövlət hər bir yoldan istifadə edərək çalışır ki, şiə ruhanilərin və müctəhidlərin iştirakına mane olsun. Ancaq bu məhdudiyyətlər və qadağalar xalqla müctəhidlərin əlaqəsini tam şəkildə kəsə bilməyib.və “hər zaman şiə ruhanilər və müctəhidlər haqqında Sovet Azərbaycanlılarından soruşanda deyirlər:-bu orqan 1970-ci illərdən bəri həmişə bu respublikada olub, xüsusi ilə 1980-ci ildə daha geniş şəkildə yayılıb və respublikanın xalqı Ayətüllah Xümeyninin əsərlərini oxuya bilirdilər....
Halbu ki, şiə olmayan ərazilərdə idarələri bütün müctəhidlərin var, ancaq Azərbaycanda belə bir idarələr yoxdur.Mərhum Ayətüllah Fazil Lənkərani bu maneələri ortadan qaldırmaq üçün Moskovada nümayəndəlik açdı və Rusiyada yaşayan bir çox azərbaycanlılara təsir etmək istədi.Azərbaycanda İranın şiə ədəbiyyatı qadağan olsa da, xalq bu məsələdən narazı deyil, çünki azad şəkildə bu ədəbiyyatlar bazarda satılır...
Müasir Azərbaycanda şiə müctəhidlər bunlardır: mərhum Ayətüllah Fazil Lənkərani, Ayətüllah Sistani, Ayətülla Xameneyi, mərhum Ayətüllah Cavad Təbrizi. Bu müctəhidlərin əsərləri Bakı və rayonların kitab mağazalarında satılır.”37
Beşinci Bölüm)Dini Mədrəsələr
A. 1994-1996-cı illərin ortalarında İranın vasitəsi ilə Nardalan, Cəlilabad, Masalı, Göyçay və Bakıda mədrəsələr təsis edildi və 2000-ci ildə bu mədrəsələr İran və şiə düşmənlərinin təzyiqi altında bağlandı.
B. Bakının İslami universiteti “Qafqaz Ruhanilər İdarəsi”nin vasitəsi ilə idarə olunur.dövlət və təhlükəsizlik orqanının hazırladığı proqramların əsasında saray ruhaniləri tərbiyə edilir.hal-hazırda 300 nəfər qız və oğlan bu universitetdə təhsil alır. son zamanlar Sumqayıt şəhərində olan İslami universitet bağlandı.bu universitetin müəllimləri şiə idi.
C. Yüzlərlə kiçik qrup məscidlərdə, dini məkanlarda təşkil olunub və burada Quran, şəriyyət və sa. öyrədilir.
D. Bir sıra müəssisələr Bakının Cəfəri heyəti, İkmal qrupu, SahibülZəman Cəmiyyəti, İslami Birlik Cəmiyyəti.Şiə jurnalları, o cümlədən “Mənəvi Saflıq”, “Fitrət”, “Qələm”, “Hikmət”, “Birlik”, “Dirilər”və sa. gündən-günə bu jurnalların sayı çoxalmaqdadı və dini təbliğatlar və təlimlərdə olur.38
Altıncı Bölüm) Qafqaz şiələrinə görə Şiə Ruhanilər İdarəsinin xidmət sahələrinin müqayisə edilməsi
keçmişdən indiyə kimi Qafqaz şiə ruhanilərin fəaliyəti Qafqaz şiələrin fəaliyyəti ilə uyğunluq təşkil edir.əlbəttə onlar daha çox dini təlimlərlə, şəriyyətə aid pulların toplanması ilə məşğul olublar.və siyasi-ictimai vəziyyətə görə ixtilafların həll edilməsi ilə çox az məşğul olublar.burada bir sıra möminlərin xatirəsini qeyd edirik:
1. Dini elmlərin təlimi
Sovet dövründə Azərbaycanda dini kitabların satışı və yayması qadağan idi.və bir cinayət hesab edilidi.bununla belə xalaq dini qorumağa çalışırdılar.xalqın evində Quran, İslam tarixinə aid kitablar, hədis kitabları, mərsiyə kitabları və qədim müctəhidlərin kitabları və dini əhkamlar gizli şəkildə mövcud idi.bu kitablar qaçaq malçılıq yolu ilə ölkəyə gətirilmişdir.
“biz İranın İslam inqilabından sonra İran ruhanilərinin vasitəsi ilə və İran Azərbaycanından yayımlanan radio verilişlərindən İslam dinini öyrəndik.”39
Şiə Ruhanilər dini öyrətmək üçün hər bir fürsətdən istfadə edirdilər.və özlərini müəllim adlabdıraraq fəaliyyət göstərirdilər, o cümlədən Şeyx Hüseyn.”Şeyx Ağa Hüseyn, Nəcəf və Tehranda təhsil aldıqdan sonra 1917-ci ildə Bakıya qayıtdı.1930-cu ildə dinə qarşı sərt mövqelər olduğuna görə özünü tarix müəllimi kimi tanıtdırır və kitalarını gizləldir.1940-cı ilə kimi öz peşəsini gizləyıb və sonra Bakıda verilən dini azadlıqların nəticəsində Fatmayıda dini dərslər öyrədir.”40
Şiə ruhanilər tədris üçün ruhanilər idarəsinə daxil olurlar.”Hac Mirzə Əbdülkərim1905-ci ildə vətənə qayıtdı və “Təzə Pir” və”Şeyx Əli”məsciddində moizə etmiş, onun çoxlu tələbələri, o cümlədən Mir Əbdülxaliq Bakuyi, Şeyx Əli Tuti Nardani, Molla Xəlifə Nardani, Məşədi Məzahir, Mir Məhəmməd Kərim.tələbələrin biri,Seyid Miri,Nəcəfdə müctəhidlik dərəcəsinə çatdı.onun dəyərli kitabları var, o cümlədən “İrşad-ül Mütəhherin, Siratəlmüstəqim, Həlal Müşkilat, Mənazil-ül Salikin”və sa. o, 1961-ci ildə vəfat və Məşdağa qəbristanlığında dəfn edilib.41
Axund Məhəmməd Şirvani mühacirətdə və gizli yaşamaqla dini öyrədib.”Axund Məhəmməd Şirvani Nəcəf və Məşəddən qayıtdıqdan sonra sovet dövründə gizli şəkildə yaşamış və sonra Əhmədabada və Sabirabada mühacirət edir.o, gizli şəkildə şagirdlər hazırlayırdı.”42
2. Din dəslərin təlimi və yayılması
Bu vəzifəni ruhanilər sevə-sevə yerinə yetirirdilər.və İslam dinini qoruyurdular:”Sovet hakimiyyətindən sonra Qafqaz və Azərbaycan respublikasının böyük alimləri, Bakıda yaşamağı özlərinə vəzifə bilib və İslami dinindən müdafiə etdilər.onlar sovetin əleyhinə, Azərbaycanda yürüdülən Stalinin qəddar siyasətinə qarşı mübarizədən əl çəkmədilər.”43
“sovet dövründə çoxlu mübariz ruhanilər var idi, onlar İslam dinini qorumaq üçün şəhid olurdular.və gizli şəkildə islam dinini öyrədirdilər.”44
3. İxtilafların həll edilməsi(Hökm və hökümət)
Bu sahədə şiə ruhanilərin fəaliyyəti az olub, ancaq şiə ruhanilər uyğun olan yerlərdə bu sahədən istifadə edirdilər:”sovet hakimiyyətinə və Cəfər Baqırovun təhidlərinə etinasız olan şəhid Ayəttüllah Şeyx Əbdülqəni Badkubeyi ona deyir:bilirsən mən kiməm?Şeyx Əbdülqəni, Allahın bəndəsi və xalqın dini rəhbəri, İmam Zamanın canişiniyəm”45-46
4. Şəriyyətə aid pulların toplanması və bölünməsi(xums, zəkat,və nəzirlər)
“bizim xalq xümslarını ayırardılar, sərhəd bağlı olduğuna görə müctəhidlərə əl çatmaq qeyri-mümkün idi.özləri pulları seyidlərə verirdilər.və imamın səhmini xeyriyyə işlərə ayırdılar.məsələn:qeyri-hökümət ruhanilərə, dini tələbələrə, Quran öyrədənlərə və məscdlərin təmirinə və ... verirdilər.46 İran İslam İnqilabından sonra bizim əlaqəmiz İranın konsuluğu ilə çoxaldı.neçə illər saxladığımız şəriyyət pullarını(xums) onların vasitəsi ilə İrana və İmam Xumeyninin dəftərinə göndərdik və bir müddət sonra pulların çekini aldıq.”47
Biz Azərbaycandan Moskovaya və oradan Kərbəlaya ziyarətə getdiyim zaman əhalinin çoxlu on illərlə topladıqları nəzirlərini, o cümlədən qızıl əşyalarını mənə verdilər ki, Kərbəlaya aparım.bu məsələ saray ruhanilərin etirazına səbəb oldu.”48
§ Nəticə
Qafqaz şiə ruhanilərin tarixi İranın tarixi ilə əlaqədardır.son iki əsrdə çoxlu çətinliklərlə rastlaşıblar, yəni bir tərəfdən dövlətin müxtəlif maneələri ilə rastlaşıblar və bir tərəfdən isə öz dini vəzifələrindən əl çəkməyib və bir zaman dini sahələrdə fəaliyyət göstəriblər.
Qafqaz bölgəsi İran və Rusiya müharibələrində və “Gülüstan”və “Türkmənçay” müqavilələri əsasında Ana yurdundan ayrıldı.son iki əsrdə müxtəlif hakimiyyətlər çalışdılar ki, xalq ictimai, tarixi və dini varlıqlarını unudub başqa bir mədəniyyəti və tarixi qəbul etdirsinlər.ancaq müxtəlif səbəblər onların bəşəriyyətə zidd olan planlarını nəticəsiz etdi.hərçənd ki, xalqı həqiqi islamdan uzaqlaşdırıb və xalqın etiqdatında və dinində təhriflər ediblər.
Şiə və etiqatdların qorunmasında əsas səbəblərdən biri şiə ruhaniləridir.müxtəlif sahələrdə, dini təbliğatlarda, şəriyyətə aid pulların toplanması, ixtilafların həll edilməsində və .... fəaliyyət göstəriblər.və hətta bu yolda çoxları şəhid olub.
Müasir dövürdə şiə ruhanilərin fəaliyyəti gündən-günə genişlənir, əlbəttə dövlət tərəfindən müxtəlif maneələrlə rastlaşırlar.və dövlət xristianlarin, vəhabilərin, nurçuların, bəhayilərin və sa. fəaliyyətinə imkan yaradır.və çalışır ki, şiə ruhanilərin fəaliyyətinə maneçilik törətsin.
qeyri-rəsmi dini müəssisələrin fəaliyyəti günbəgün artır.və bu bölgənin valideynləri uşaqlarını məscidlərə, dini mədrəsələrə və sa.göndərirlər.bu müəssisələr ruhanilər və dini tələbələrin təşəbbüsü ilə düzədilib və müxtəlif ərazilərdə mövcuddur.
Qaynaqlar
9.Azərbaycan respublikasının Mərkəzi statistika idarəsi
10. “Anspress” jurnalı.Azərbaycan respublikası, Bakı, yay 2006
11.Müstafayev.Azərbaycanda İslam ideolojiləri və tənqidlər.bakı 1973
12.Müstafa oğlu, Elşən, Qafqazın cənubunda şiə və sünni ruhanilər idarəsinin təşili və fəaliyyəti, sayt www.yenisharq.org 13.”İslam Həqiqətləri”jurnalının araşdırılması, “Azad Fikir”dini mərkəzin tərcüməsi və təhqiqi, Bakı, 2005
14.”Ekspress”.Bakı 1387
Çıxarışlar
2.bu iddiaya Seyd Hüseyn Nəsrüllah “Hizbüllah” və Livan şiələinin başçısı yaxşı bir nümunədir. şiə olmasına baxmayaraq, Livanda müxtəlif dinlər və məzhəblər var, başçıların və xalqın arasında mühüm nüfuzları var.
4.Bu məqalələr 1384-cü ilin qışında Azərbaycanın “Fəcr”jurnalında, “Sürxab”jurnalında(yay 1387) və “Aran”jurnalında, üçünçü il, 1384-85-ci illerdə Nömre 8, 9 nəşr olunub.
9.Həmin mənbə, səh 82
10.Azərbaycan respublikasında dini təlsilin və dini müəssisələrin məqsədləri, “Azər” Nəşr, Bakı, 1991, səh 54
11.Həmin mənbə
12. Müstafa oğlu, Elşən, Qafqazın cənubunda şiə və sünni ruhanilər idarəsinin təşili və fəaliyyəti, sayt www.yenisharq.org 13.Həmin mənbə
14. Müstafayev.Azərbaycanda İslam ideolojiləri və tənqidlər.bakı 1973(xülasə)
15.Azərbaycan respublikasında dini təlsilin məqsədləri, səh 76
16.Həmin mənbə, səh 78
21.həmin mənbə, səh 85
22.bu ölkədə şiələrin sayı haqqında dəqiq məlumat yoxdur.halbuki, bu ölkənin 15%-dan aşağı sünni var.amma bəzi dövlət məmurları çalışırlar ki, bu statistikanı 70%-dan çox elan edirlər.müəllifin fikrincə birinci statistika düzgündür.
24.Həmin mənbə
29.Azərbaycan möminlərinin ”Səhər”televiziyana verdiyi müsahibə.Orucluq ayı 1385
30. Azərbaycan respublikasının Mərkəzi statistika idarəsi, 18/01/2008
31.1383-1386-cı illərdə müəllifin müşahidə etdikləri.
32.bu sərəncam1387-ci ilin ordibehşt ayında xalqın etirazları nəticəsində verildi.
33.1386-cı ilin isfənd ayında Azərbaycanın Milli Məclisi bu mövzunu ləğv etdi.
34.”Ekspress”jurnalı, Bakı, 19/04/87
35.”Aynespress”jurnalı, Azərbaycan respublikası, yay 2006
39.Həmin mənbə
40. ”İslam Həqiqətləri”jurnalının araşdırılması, “Azad Fikir”dini mərkəzin tərcüməsi və təhqiqi, Bakı, 05/09/2005, səh 5
41.Həmin jurnal 05/04/2005, səh 5
42. Həmin jurnal 15/07/2005, səh 5
45.Həmin mənbə, səh 46
46. Həmin mənbə, səh 32
47. Həmin mənbə, səh 74
48. Həmin mənbə, səh 95