Tarix : 2008 Dec 29
Kod 9552

QARABAĞ AZADLIQ TƏŞKİLATI QƏZZA İLƏ BAĞLI BƏYƏNAT VERİB

Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu hücumlar nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadın və uşaqlar qətlə yetirilib
Azərbaycan servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatı (QAT) İsrailin Qəzza bölgəsinə hücumlarını pisləyən bəyanatla çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu hücumlar nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadın və uşaqlar qətlə yetirilib. Bəyanat müəlliflərinin fikrincə, İsrail bu hərəkətləri ilə dünyaya, beynəlxalq hüquq normalarına meydan oxuyur: “Beynəlxalq təşkilatların bu qanlı olaylara biganə qalması təəssüf doğurur. Beynəlxalq ictimaiyyətin susması digər işğalçı dövlətləri, o cümlədən Ermənistanı şirnikləndirir”.

QAT İsraildən fələstinlilərə qarşı hücum əməliyyatlarına son qoymağı tələb edib. Eyni zamanda Azərbaycan hakimiyyətini beynəlxalq qurumlar qarşısında məsələ qaldırmağa, Qəzzada zərər çəkmiş insanlara humanitar yardım göstərməyə çağırıb.
  • Yazılıb
  • da (də) 2008 Dec 29