anti-Sionist aksiyada Tehran əhalisi şəhərin Fələstin meydanında ölkə və ordu başçıları ilə yanaşı anti-Sionist şüarlar verərək Qüdsü işğal etmiş rejimin Qəzzədəki son cinayətlərini pisləyib
İİR servisi/Aran Agentliyi
İİR-nin hər yerində xalq bu günün İslam İnqilabı Böyük Rəhbəri tərəfindən ümumi matəm günü elan olunmasının ardınca Qəzzə əhalisini himayə və Sionist rejimin cinayətlərinin pislənilməsi istiqamətində aksiyalar keçirib .
Bu anti-Sionist aksiyada Tehran əhalisi şəhərin Fələstin meydanında ölkə və ordu başçıları ilə yanaşı anti-Sionist şüarlar verərək Qüdsü işğal etmiş rejimin Qəzzədəki son cinayətlərini pisləyib.
Aksiyaçılar sonda yaydıqları bəyanatda bildiriblər : Bu gün Qəzzə İslam dini və onun davamçılarının müdafiəsi səhnəsidir . Bu gün Qəzzə müsəlmanların qeyrət , şərəf və sayıqlığının simvoludur . Bu gün gözlənilir ki, ərəb və İslam ölkələri Qəzzə sakinlərinin islami müqavimət və həyatına lazım olan imkan və təchizatları göndərməklə Sionist canilərin biabırçı taleyini təyin etsinlər .
Bəyanatda daha sonra deyilir : İşğalçı İsrailin vəhşicəsinə hava hücumlarının şiddətlənməsi və qarşıda gözlənilən quru təcavüzləri ilə fələstinli müsəlmanlara qarşı formalaşan zülmlərinin yeni dövrü hər şeydən artıq bu qaniçən rejimin fələstinlilərin müqəddəs intifazəsi və İslami Müqavimət qarşısında acizliyi və məğlubiyyətindən xəbər verir.
Bəyanatda əlavə olunur : Qəzzənin məzlum müsəlmanlarının Məhərrm-ül-həram ayı günlərində insan haqlarının yalançı hamilərinin əlləri ilə qurban olduqları belə bir şəraitdə zamanın bütün aşura davamçılarına vacibdir ki , İslam İnqilabının böyük Rəhbərinin tarixi hökmünə ləbbeyk deyərək cinayətkar sionistlər əleyhinə İslami birlik cəbhəsi yaradıb və müqəddəs müdafiəni genişləndirərək Fələstin amalını dəstəkləyib, Qəzzə əhalisi ilə yanaşı olsunlar . Bəyanatı yayanlar bu qənaətdədirlər: İndi bunun vaxtı gəlib çatıbdır ki bəzi ərəb və İslam dövlətlərinin başçıları qəflət yuxusundan oyanıb cinayətkar Sionist rejim qarşısında müttəfiq İslam dünyası cəbhəsi yaratmaqla qonunsuz və xərçəng şişi olan İsrail rejiminin zəif və zavala uğrayan vücuduna elə bir ağır zərbə endirsinlər ki , 33 günlük müharibədə biabırçı məğlubiyyəti kabusunu onlar üçün təzələsin .