İran prezidenti müxtəlif ölkələrin başçıları ilə telefon danışıqlarında sionistlərin cinayətlərinin qarşısının alınması üçün İslam Konfransı Təşkilatının fövqəladə sammitinin keçirilməsini istəyib
İİR servisi/Aran Agentliyi
İran prezidenti müxtəlif ölkələrin başçıları ilə telefon danışıqlarında sionistlərin cinayətlərinin qarşısının alınması üçün İslam Konfransı Təşkilatının fövqəladə sammitinin keçirilməsini istəyib .
İslam-Azeri-nin İRİB-ə istinadlı xəbərinə görə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Seneqalın prezidenti və İKT-nin dövri sədri olan Abdulla Vad və əl-Cəzayirin prezidenti Əbdüləziz Butefliqə ilə ayrı-ayrı telefon danışıqlarında İKT-nin fövqəladə sammitinin keçirilməsi və fələstinlilərə qida maddələri , dərman və müalicə vasitələrinin göndərilməsi üçün Misirdə Rəfəh keçidinin açılması vacibliyini vurğulayıb.
İran prezidenti habelə Həmasın siyasi bürosunun sədri Xalid Məşəl ilə telefon danışığında sionistlərin Qəzzadakı son cinayətlərini Sionist rejimin zəifliyi və dağılması nişanəsi adlandırıb və bildirib ki , İranın xalqı və dövləti daim məzlum Fələstin xalqının himayəçisi olacaq.