Tarix : 2008 Dec 29
Kod 9556

YEVDA ABRAMOVUN KONSTİTUSİYA DƏYİŞMƏ TƏKLİFİ

Yaxud, ölümsüz insanlıq duyğusu haqda
Azərbaycan servisi/Aran Agentliyi

Deputatxanada Yevda Abramov adlı yəhudi deputat var, iqtidar heç şübhəsiz onu İsrailin, yəhudi lobbisinin xoşuna gəlmək üçün ora salıbdır. Bizdə belə şeylər olur, məsələn, Mixail Zabelin adlı adam da Rusiyaya yaltaqlıq səbəbindən deputatdır. Əslində yaxşı siyasətdir və bir dənə erməni vətəndaşımızı da tapıb MM-ə oturtmaq pis olmazdı. Bəlkə var, nə biləsən...

Həmin bu Abramov yoldaş konstitusiyanı dəyişmək təklifi deputatxanada müzakirə olunanda çox məzəli müqayisə aparıbdır. Deyib ki, ana qanun ehkam deyil, vaxtilə Tövrat, Quran kimi kitablar da dəyişilibdir.

Dindarlar Yevda əkənin cavabını veriblər, ancaq mən təxmin edirəm ki, deputat o sözləri deyərkən Quranın sonradan dəyişilməsini nəzərdə tutmayıb. Dini mənbələrə görə, Quran kitabı 23 il ərzində hissə-hissə, surələrlə Məhəmməd peyğəmbərə mələk Cəbrayıl tərəfindən çatdırılıb. Əgər Abramov bununla müqayisə aparıbsa, məntiqlə prezident aparatını Allah sayır. YAP, Əli Əhmədov, Siyavuş-filan da mələklərdir, hər cür qanunları aparatdan alıb başılovlu deputatxanaya çatdırırlar. Gör vətən nə cür karikatur günə qalıbdır... Şeyxi qubalı yəhudi balasının Rusiyadakı ad günündə rəqs edən məmləkətdə, əlbəttə, Qurandan Abramov misal gətirər.

  • Yazılıb
  • da (də) 2008 Dec 29