Tarix : 2008 Dec 29
Kod 9558

ABTİB İSRAİL REJİMİNİN FƏLƏSTİNİN QƏZZA BÖLGƏSİNDƏ TÖRƏTDİYİ CİNAYƏTLƏRİNİ PİSLƏYƏN BƏYANATI

Qəzza xalqı bir gün ərzində 300-dən çox şəhid verdi. Cinayətkar İsrail rejimi xəstəxanaları, məktəbləri hədəfə aldı və Qəzzanı qana buladı və bunu davam etdirir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Birlik təşkilatı İsrailin son cinayətlərini pisləyən bəyənat verib.

Bu bəyənatı diqqətinizə çatdırırıq:

«AZƏRBAYCAN BİRLİK TƏŞKİLATI» İCTİMAİ BİRLİYİ (ABTİB) İŞĞALÇI SİONİST – İSRAİL REJİMİNİN FƏLƏSTİNİN QƏZZA BÖLGƏSİNDƏ TÖRƏTDİYİ CİNAYƏTLƏRİNİ PİSLƏYƏN

BƏYANATI

Azərbaycan Birlik Təşkilatı bu günləri cinayətkar və işğalçı sionist israil rejiminin Fələstinin Qəzza bölgəsində törətdiyi cinayətlərini qətiyyətlə pisləyir, qəti etirazını bildirir və dərhal bu vəhşiliyin dayandırılmasını tələb edir. Qəzzada baş verənlər bir insanlıq tragediyası və faciəsidir. İsrailin Qəzzaya qarşı apardığı hümanitar blokada ötən həftədən öz məntiqi davamı olaraq kütləvi qırğınlar və terrorla əvəzləndi.

Qəzza xalqı bir gün ərzində 300-dən çox şəhid verdi. Cinayətkar İsrail rejimi xəstəxanaları, məktəbləri hədəfə aldı və Qəzzanı qana buladı və bunu davam etdirir. Dünya ictimayəti bir daha müşahidə elədi ki, Fələstində baş verənlərin mahiyyəti nədir. Mahiyyət isə ötən həftə özünü bir daha göstərdi. Cinayətkar və qəsbkar İsrail rejimi öz terror hədəflərini ortalığa qoymuş oldu və “mükəmməl” bir terror aksiyası həyata keçirdi. Son illərin işğal tarixində hələ belə bir terror və əliyalın xalqa qarşı bu şəkildə soyqrım olmamışdır. Biz üzümüzü Həması atəşkəs müqaviləsini pozmaqda ittiham edənlərə tutaraq deyirik ki, altı aydır ki, İsrail guya Fələstin azadlıq və mübarizə hərəkatı Həmas ilə atəşkəs imzalayıb. Ancaq, diqqət edin, görün ki, bu altı ay ərzində bir gün də olsa belə israil rejimi atəşkəs şərtlərinə riayət etmədi və hələ bu azmış kimi ay yarımdan artıqdır ki, Qəzza xalqını humanitar blokada vəziyyətində saxlayır. Belə atəşkəsdənsə, belə sülhdənsə mübarizə etmək, azadlıq mücadiləsini aparmaq daha şərəflidir ki, Həmas bu günləri məhz bu yolu, mübarizə yolunu seçib. Dünya birliyinin, ədalətdən və təhlükəsizlikdən danışan ittifaqların hələ də bu terrora və günahsız insan qətliamına göz yumması əslində BMT kimi təşkilatların nəyə xidmət etdiklərinin bird aha sübut olunduğunu dedi.
Dünyanın insan haqları şüarı Qəzzada dalana dirəndi və puç bir şüardan baqa bir şey olmadığı bir daha təsdiqləndi. Bu şüar ançaq çinayətkar məqsədləri həyata keçirmək üçün hegemon dövlətlərə lazımdır. Biz sionistlərin bütün Fələstin torpaqlarından çıxmasınıtələb edirik, qondarma İsrail rejiminin terorçu quruluş kimi tanıyırıq və tezliklə məhv olmasını ulu Tanrıdan arzulayırıq. Bu rejimin səfirliyinin Azərbaycan Respublikasından bağlanıb qovulmasını tələbi ilə ölkə rəhbərliyimizə müraciət edirik.
 
  • Yazılıb
  • da (də) 2008 Dec 29