Tarix : 2008 Dec 30
Kod 9560

Azərbaycan Respublikasında Hakimiyyəti ömürlük etmək üçün hazırlanan planlar

.
Azərbaycan servisi/Aran Agentliyi
Həsən Güli
Qafqaz üzrə ekspert
Giriş
Mehr ayının 24-də keçirilen prezident seçkilərilərində İlham Əliyev yenidən prezidentliyə seçildi.İlham əliyevin təkrar prezidentliyə seçilməsi səbəb olub ki, Əliyev sülaləsinin ömürlük hakimiyyətdə qalması mətbuatda müzakirə edilsin.bu mövzu-prezident müddətini 5 ildən 7 ilə kimi uzanması-“YAP” tərəfindən təkilf olunub.bu təkilfdən sonra konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinin-bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsi qadağan edilib-ləğv edilməsi ciddi bir mövzuya çevrilib.
Hal-hazırda azər ayının 29-da Azərbaycanın Mili Məclisində konstitusiyada dəyişiklikərin olması təklif olunub və referendumun keçirilməsi araşdırılıb və təsdiqlənib.və dekabrın 24-də bu layihə məclis tərəfindən təsdiqləndikdən sonra baxılması üçün Konstitusiya Məhkəməsinə göndərildi.əlbəttə ekspertlərin fikrincə, dövlətin istəyinə görə-bütün bu məsələr zahirdə konstitusiyaya riayət etməkdir-bu dəyişikliklər qəti şəkildə olacaqdır.
Azərbaycan respublikasının konstitusiya dəyişiklikləri siyasi və ictimai vəziyyətləri dəyişmək istiqamətində baş verir?və ya şəxsi və hakim partiyanın mənafelərini qorumaq məqsədi ilə bu dəyişikliklər olur?
Azərbaycan respublikasının konstitusiyasının tarixçəsi və əlavə dəyişikliklər  
Azərbaycan respublikasının ilk konstitusiyası prezident H.Əliyevin dövründə və 1995-ci ilin noyabr ayının 12-də 5 bölümdə, 12 fəsildə və 158 maddədə təsdiqləndi.və 2002-ci ilin avqust ayında yenidən nəzərdən keçirildi.Və bundan məqsəd İlham Əliyevin prezident olmasına şərait yaratmaq idi.1995-ci ildə təsdiqlənmiş konstitusiyanın 104-cü maddənin 3-cü bəndində-əgər prezident səhhətinə görə öz səlahiyyətlərini icra edə bilməsə, spiker ölkəni idarə edəcəkdir.və üç aydan sonra seçki keçiriləcəkdir-ancaq H.Əliyev xəstə olduğuna görə (Avqust ayı 2002)referendum keçirildi-beynəlxalq nazirlər tərəfindən qanun pozuntuları qeydə alındı-və bu maddə dəyişildi.və spikerin əvəzinə baş nazir ölkəni idarə etdi.və ondan sonra Azərbaycan parlamentinin spikeri Murtuz Ələsgərov təyin olundu.H.Əliyev rəsimi şəkildə İlham Əliyevin baş nazir olmasını istəmişdi.nəticədə Azərbaycan parlamenti prezidentin oğlunu baş nazir təyin etdi.əslində konstitusiyada baş vermiş dəyişikliklər, ölkəni Əliyev sülaləsinə verməkdir.
Azərbaycan xalqı bu mövzunu unudmayıb.və ümumxalqın zehnidə bir sual var, Konstitusiyaya təklif olunan dəyişikliklərdən məqsəd nədir?
Konstitusiyaya təklif olunmuş düzəlişlər
əgər Azərbaycan respublikasının Milli Məclisi və Konstitusiya Məhkəməsi bu dəyişikliyi təsdiqləsə, konstitusiyanın 25 maddəsi dəyişiləcək.hər üç bölümə qanunverici, icraedici və hüquqi orqanlara aiddir.ekspertlərin fikrincə, bu dəyişikliklər lazımsızdır və 101-ci maddənin 5-ci bəndinin ləğv edilməsinə dair ümumxalqda yaranan şübhələri azatmaq üçün bu dəyişikliklər də edilir.
32-ci maddə: Şəxsi toxunulmazlıq hüququ
Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.
Bu haqda olan dəyişikliklər bunlardır:
Hər bir şəxs, özəl həyatına və ya ailəsinə müdaxilə etməyin qarşısını ala bilər. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, müxtəlif məqsədlərdə istifadəsinə və yayılmasına yol verilmir.
Həmçinin təklif olunub:
Səlahiyyətli orqanlar tərəfindən təyin olunmuş şəraitlərdən başqa kimsənin icazəsi yoxdur ki, bir şəxsin əleyhinə foto çəksin və ya səsini lentə yazsın.
50-ci maddə:Mətbuatın azadlığı
3-cü bəndə əlavə edilmək üçün:
Hər bir şəxs öz əleyhinə yazılmış informasıyaya etiraz edə bilər.
67-ci maddə: Tutulan, həbsə alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları
1-ci bənd: Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində ittiham etdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
2-ci bənd:cinayət məsuliyyətinə cəlb olunan şəxslər həbs edilmədən öncə birinci dinləniləcəkdilər.
84-cü maddə: Azərbaycan Respublikası Milli Məclisinın səlahiyyət müddəti
1-ci bənd: Azərbaycan Respublikası Milli Məclisinin hər bir səlahiyyətli müddəti 5 ildir.
 Aşağıdakı islahat təklif olunub:
əgər müharibə Milli Məclisin seçkilərinə maneçilik törətsə, Milli Məclisin səlahiyyətli dövrü müharibənin sonuna qədər uzanacaq.Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən Konstitusiya Məhkəməsi Bu haqda rəy verəcəkdir.
101-ci maddə: Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları
5-ci bənd: Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
Bu maddənin 5-ci bəndi belədir:
əgər müharibə Milli Məclisin seçkilərinə maneçilik törətsə, Milli Məclisin səlahiyyətli dövrü müharibənin sonuna qədər uzanacaq.Mərkəzi Seçki Komissiyasının təklifinə əsasən(referandumun keçirilməsi)Konstitusiya Məhkəməsi Bu haqda rəy verəcəkdir.
108-ci maddə: Azərbaycan Respublikası Prezidentinin təminatı
Azərbaycan Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
İkinci bəndə təklif olunmuş düzəlişlər:
Öncədən seçilmiş prezidentin xərclərini necə təmin edilməsi, konstitusiya məlum edib.
109-cu maddə:
Bu maddədə “Bank Milli”in adı”Mərkəzi Bank”a çevrilir və “Prezident Aparatı”nın adı”Prezident İdarə“-nə əvəz edilir.
129-cu maddə: Məhkəmə qərarları və onların icrası
İkinci və üçüncü bəndə təklif olunmuş düzəlişlər:
2-ci bənd:Çıxarılan məhkəmə qərarlarının icra edilməsi məcburidir.
3-cü bənd: Çıxarılan məhkəmə qərarları iddiasız və sabit olmalıdır.
Konstitusiyaya təklif olunmuş dəyişiklilər Azərbaycanın siyasi cəmiyyətlərində neçə qarşılandı?
Qeyd olunmuş dəyişikliklərdə daha çox 32 və 101-ci maddələrin dəyişməsi hay-küyə səbəb olub.
“Bizim Yol”qəzeti , Bakı nəşri, 87/09/29 sayında 32-ci maddədə dəyişiklikərin edilməsini jurnalistlərə məhdudiyyətin yaranması kimi dəyərləndirib və yazıb:”bu təklifin mahiyyəti belədi ki, əgər dövlət məmurları və vətəndaşlar razı olmasalar jurnalistlər onlardan məlumat toplaya bilməyəcəklər.hətt jurnalistlərin icazəsi olmasa, şəkil çəkmək, səsi lentə yazmaq imkanları da olmayacaqdır.”
“Mətbuat Hüququnun Müdafiə”komitəsinin sədri Rəşid Hacılı, bu haqda dedi:”mətbuatın əsasə işi məlumat toplamaqdır.bu maddənin dəyişdirilməsi jurnalistlərin fəaliyyətində mənfi təsir göstərə bilər.bu təklif Avropanın 10-cu konvensiyasına zidddir-mətbuatın söz azadlığına nəzarət edir-heç bir zaman jurnalistlərin məlumat toplamasına mane ola bilməz.çünki, demokratik ölkələrdə ümumi mənafelər öndə durur.əslində konstitusiyada bir maddəyə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır.və buna görə də, şəxi həyatın müqəddəsliyini qoruya bilirsən.və konstitusiyada 32-ci maddə dəyişdirilsə, qeyd olunmuş maddə dəyərini itirir.əgər biz şəxsi toxunulmazlıq hüququnu hər tərəfli nəzərə alsaq, bu sual ortaya çıxar.niyə küçələrdə kamera quraşdırılıb?”YAP”-ınbu təklifi mənasızdır.”(“Bizim Yol” qəzeti, Bakı nəşri, 87/09/29)
Bu maddədən başqa müxalifət partiyaları 101-ci maddənin 5-ci bəndinin ləğv edilməsinə etiraz ediblər.bu maddəyə əsasən bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilməsidir.
“Azadlıq”qəzeti, Bakı nəşri, 87/09/29 bu haqda yazıb:”YAP-ın məqsədi budur ki, İlham Əliyev ömürlük prezident olsun”bu dəyişikliklər haqqında yazıb:” bir şəxsin iki dəfədən artıq təkrarən prezident seçilmə maddəsini ləğvinə səy edilməsi hakimiyyətin daxildə olan ixtilafları göstərir.demək olar ki, Naxçıvnlı Ramiz Mehdiyev, Prezident Apartı onların sədridir, Paşayevlərə qalib gəlib.rəsmi mənbələrə əsasən, Mehriban Əliyevanın, İlham Əliyevin yoldaşı, gələcəkdə prezident olmasını heç bir zaman Ramiz Mehdiyev qəbul edə bilməzdi.bu maddənin düzəlişi ilə Paşayevlərin hakimiyyət iddialarının qarşısı alınıb.çünki, Naxçıvanlılar, Mehriban Əliyevanın prezident olmasından və hakimiyyət Naxçıvanlıların əlindən çıxmasından nigaran idilər.buna görə də, bir sıra məsləhətləşmələrdən sonra qərarlaşdılar ki, Əliyevin prezidentlik müddətini çoxatdılar.”
101-ci maddənin dəyişməsinə sərt etiraz edən İsa Qənbər, qərbçı Musavat partiyasının sədri, olub.o, Turanla müsahibədə deyib:”Bakının indiki hakimiyyəti zor gücünə öz hakimiyyətlərini qorumaq istəyir.onun dediyinə əsasən, bu dəyişikliklər demokratik düşüncələrə və ölkənin mənafeyinə ziddir.və ciddi şəkildə etiraz olunmalıdır.”(“Yeni Musavat”qəzeti, 87/9/27)
Həmçinin Əli Kərimli “Azərbaycan Xalq Cəbhəsinin”sədri bu haqda deyib:”21-ci əsrdə-konstitusiya hakimiyyətini gücləndirmə dövründə-bu təklifin verilməsi, geridə qalmağı göstərir və nəticədə konstitusiya bir nəfərin istəyinə görə uyğunlaşır və ölkə üçün rusvayçılıqdır.
Sərdar Cəlal oğlu”Azərbaycan Demokratik”partiyasının sədri iddia edir ki, əslində prezidentiyin müddətini çoxatmaq,  Azərbaycan respublikasının quruluşunu dəyişməkdir.və prezidentliyə seçilmə məhdudiyətini ləğv etməklə xalqı, hakimiyəti dəyişmək hüququndan mərhum etməkdir.o, deyir:”hakimiyyətin istəyinə görə konstitusiya dəyişdirilməməlidir, bəlkə hakimiyyət konstitusiyaya görə dəyişməlidir.”(Yeni Musavat, 87/9/27)
Konstitusiyaya təklif olunan dəyişikliklərə, xüsusi ilə 101-ci maddənin 5-ci bəndi, tənqidlərdən əlavə dövlət məmurları bunlardan himayə ediblər və bu dəyişikliklər ictimai-siyasi şəraitə görə olduğunu söyləyiblər.Azərbaycan Milli Məclisinin İnsan Hüquqlarının daimi komissiyanın sədri Aslanova konstitusiyaya təklif olunan dəyişiklikləri müsbət dəyərləndirib, dedi:”bu düzəlişlər siyasi-ictimai, ictimai-mədəni sahələrdə inkişafı sürətləndirir.bu dəyişikliklər göstərir ki, Azərbaycan yeni mərhələyə qədəm qoyur.”həmçinin Aydın Mirzəzadə, Milli Məclisin deputatı və “YAP”-ın siyasi şurasının üzvü bu təklifləri müsbət dəyərləndirdi və dedi:”son zamanlar Azərbaycanda müsbət dəyişikliklər müşahidə olunur və yeni demokratik mühitə nail olmağımız və prezident seçkilərində əldə olunan təcrübə bu ölkənin konstitusiyasında əks olunmalıdır.”( “Tərənd”Agentliyi)
Yekun:
Azərbaycan respublikasının konstitusiyasının əsasını sekoralizm və laik təşkil edir.Və Azərbaycan xalqının mədəniyyəti, varlığı və dini ilə uyğunluğu yoxdur.və buna görə də konstitusiyada dəyiçikliklərin olması ümumxalqın, xüsusi ilə dindar xalqın istəyidir.
Hal-hazırda Azərbaycan şiə xalqının, xüsusi ilə dindarların üzləşdiyi bir sıra problemlər konstitusiyanın əsasındadır.konstitusiyaya görə şiə qadınlar hicablı olduqları üçün pasportları yoxdur və müxtəlif ölkələrə getməkdən, xüsusən ziyarətgahlardan mərhum olublar.çünki, hicablı şəkildə pasport verilmir.və qadağandır.və qadınların əksəriyyəti müxtəlif yollarla, o cümlədən pariklə şəkil çəkdirirlər və pasport alırlar.Azərbaycanın İslami partiyalarına icazə verilməməsi demokratiyanın əleyhinədir. Və bunlar konstitusiyanın sekoralizmliyindəndir.dini müəssisələrin təsisinə, müstəqil şiə mərkəzlərin yaradılmasına, dini mərasimlərin azad şəkildə icrasına, xüsusi ilə Məhərrəm ayında, şiə kitabların nəşrinə, müctəhidlərin nümayəndəliklərinin açılmasına olan qadağanlar və qeyri-əxlaqı və qeyri-dini proqramların yayımlanması konstitusiyadan qaynaqlanır.
Xalq ümid edirdi ki, İlham Əliyev ikinci dəfə prezidentliyə seçildiyi üçün qeyd olunmuş əsas məsələləri-o cümlədən ölkənin 20% işğal olunmuş ərazisi, neft qimətinin aşağı düşməsi ilə iqtisadi problemlərin çoxalması, insan qaçaqçılığı və sa- ortadan qaldıracaq, ancaq xalqın bütün ümidləri puç oldu.necə ki, 2002-ci ilin avqust hadisələri təkrar olmaqdadır.prezident ölkənin problemini yalnız prezidentliyə seçilməkdə olan məhdudiyyətdə görür və çalışır ki, bu problemi aradan qaldırsın və kiçik ölkəyə, lakin strateji ölkəyə ömürlük prezident olsun.
əslində Azərbaycan konstitusiyasında köklü dəyişikliklər olmaldır, çünki xalqın tarixi, mədəniyyəti və dini ilə heç bir uyğunluğu yoxdur.halbuki, Azərbaycanın 80 faiz əhalisi şiədir.konstitusiyada şiə məzhəbi və din haqqında bir şey qeyd olunmayıb və 48-ci maddədə dinsizlikdən və başqa dinlərin qəbul edilməsi azaddır.belə bir şəraitdə demokratiyanı bərpa etmək üçün Azərbaycanın konstitusiyasında köklü şəkildə dəyişikliklər olmalıdır.
Xatırlatmalıyam ki, konstitusiyaya təklif olunan dəyişikliklər konstitusiya ilə xalq arasındakı ayrılığı çoxaldacaqdır. 
Azərbaycan konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinin ləğv edilməsinə dair bunları söyləmək olar:
1.    Müxtəlif ölkələrin konstitusiyasını müqayisəli şəkildə araşdırdıqda məlum olur ki, kimsənin iki dəfədən artıq Prezident olmasına icazə verilməməsi beynəlxalq hüquq normalarında qəbul olunmuş mövzudur və bir ölkədə bu qanunun ləğv edilməsi hakimiyyətin beynəlxalq qanunlara tabe olmamasını göstərir.
2.    Azrbaycan respublikası konstitusiyasının 155-ci maddəsinə əsasən bu qanun, o cümlədən 7-ci qanun dəyişə bilməz.7-ci maddədə yazılıb:”gərək Azərbaycan hakimiyyəti demokratik, sekular, və vahid ola və sa.”101-ci maddənin 5-ci bəndi demokratik ölkənin göstəricisidir, belə nəzərə gəlir ki, bu bəndi ləğv etmək Azərbaycan konstitusiyasını inkar etməkdir.
3.    Belə nəzərə gəlir ki, Azərbaycan respublikası dünyanın müxtəlif ölkələri içərisində əlifba dəyişməkdə rekordçu olduğu halda konstitusiyanın dəyişməsindədə dünyanın rekordçusu olcaqdır.
4.    Bu qadağanın ləğv edilməsində aydın olan həqiqət budur ki, Azərbaycan hakimiyyətində yaranan etimadsızlıqdır.hətta hazır deyillər ki, öz partiyalarından kimsə hakimiyyətə gəlsin.
5.    Başqa məsələ budur ki, qərb iddiaçıları insan hüquqlarını müdafiə etmək adı ilə müxtəlif ölkələrə müdaxilə edirlər, Azərbaycan respublikasında bu ölkələr imtahan vəziyyətindədilər.əlbəttə ekspertlər inanırlar ki, Azərbaycan respublikasından hər tərəfli faydalanan bu ölkələr (o cümlədən Amerika) öz mənafelərinə görə bu məsələyə ciddi şəkildə münasibət göstərməyəcəklər.
6.    Məqalənin sonunda verilən sualın cavabı məlum olur.hərçənd ki, siyasi və ictimai şəraitə görə 25 maddənin dəyişdirilməsi haqlı ola bilər, ancaq bu maddələrin dəyişdirilməsi(101-ci maddənin 5-ci bəndi)yalnız Azərbaycan hakimiyyətinin şəxsi mənafeyinə görədir.və hakimiyyətə davam etmək üçündür.
Qaynaqlar
روابط ایران و جمهوری آذربایجان ؛بهرام امیر احمدیان ،انتشارات وزارت امورخارجه ،چ اول ،تهران 1384
برآورد استراتژیک آذربایجان ؛موسسه ابرار معاصر (الیاس واحدی )،انتشارات ابرار ،چ اول ،تهران 1382
“Bizim Yol”, “Musavat”və “Azadlıq”, Bakı nəşri
“Aran” Agentliyi (www.arannews.ir)
  • Yazılıb
  • da (də) 2008 Dec 30