Biz əhaliyə qarşı bu qanlı divanı tutanları bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edirik
Azərbaycan servisi/Aran Agentliyi
DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, sionist rejimin qanlı cinayətlərinin qurbanı olaraq, artıq 200-dək dinc insan həyatını itirmişdir. «Biz əhaliyə qarşı bu qanlı divanı tutanları bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edirik. Biz təcavüzün qeyd-şərtsiz dayandırılmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini tələb edirik» - deyə bəyanatda bildirilir.