Türkiyənin 100-ə yaxın qeyri-hökümət təşkilatı İsrailin Qəzzaya təşkil etdiyi hava hücumuna etiraz olaraq ayağa qalxıb
  Türkiyə servisi/Aran Agentliyi
İştirakçılar əllərində Fələstin bayrağı və üzərində "Sionizm məğlub olacaq, Fələstin qalib gələcək", "Fələstin xalqı tək deyil" şüarları tutublar. Məscidlərin qarşısından isə təkbir səsi ucalıb.
 
Türkiyənin Fələstin Xalqı ilə Həmrəylik təşkilatının rəhbəri Füsun Batırdır İsrailin 17 aydır mühasirədə saxladığı Qəzza şəhərinin sakinlərinə qarşı qətliamı pisləyib.
 
İsrail dünyanın sionist dövləti olduğunu söyləyən Batırdır, "İsrail rejimi azad yaşamaq üçün mübarizə aparan fələstinlilərin həyatına son qoyur" deyib.
 
Hadisələrin baş verdiyi gündən bu günə kimi Türkiyənin hər tərəfində sionistlərə qarşı aksiyalar təşkil edilib.
 Ankara
 
 Ankarada İsrail səfirliyi qarşısında 3 qeyri-hökümət təşkilatı ayrı-ayrı vaxtlarda sionizim əleyhinə şüarlar səslənib.
 İzmir
 
 İzmirdə Anadolu Gənclik Təşkilatı "Basmağına" meydanında toplaşıb.
 Samsun
 
 Səadət Partiyası Samsun təmsilçisi və Anadolu Gənclik Təşkilatı Kino Evi qarşısında yığışıb.
 Yumruq
 Yumruqda Anadolu Gənclik Təşkilatının bir qrup üzvü, İsrailə etiraz etmək üçün Respublika Meydanında toplaşıb.
 Van
 
 Vanda Haqq və Azadlıqlar forumu İsrailə etiraz etmək üçün bir yerə yığışıb.
 Sivas
 Sivasda Anadolu Gənclik Təşkilatının bir qrup üzvü, sionizmə yox demək üçün şəhər meydanında toplanaraq şüarlar səsləndiriblər.
 Sakarya
 Sakaryanın Adapazarıda bir qrup türk vətəndaşı İsrailin Qəzza hücumuna etiraz edib.
 Kocaeli
 Kocaelidə Könüllülərin Mədəniyyət Təşkilatının bir qrup üzvü İsrailin, Qəzzaya hücumuna etiraz məqsədiylə çölə çıxıb.
 Malatya
 Malatyada Anadolu Gənclər Təşkilatının bir qrup üzvu günorta namazından sonra Yeni Məscid qarşısında mətbuat konfransı keçirib və İsrailin Qəzzaya hücumuna etiraz ediblər.
 Qaziantəp
 Qaziantəpdə 20 Qeyri-hökümət təşkilatı Maarif Meydanında toplaşaraq Qəzzaya dəstək üçün çıxdılar.
 Kırıkkale
 Kırıkkaledə Hüseyn Eşikağası Parkı qarşısında toplaşan Anadolu Gənclər Təşkilatının üzvləri Dünyadan İsrailin etdiyi vəhşiliyə tamaşaçı qalmamasını tələb edib.