Tarix : 2008 Dec 30
Kod 9589

GƏNCƏLİLƏR İSRAİL ZÜLMÜNƏ ETİRAZ EDİR

onlarla təşkilat və KİV İsrail terroruna etiraz olaraq birgə bəyənat imzalayıblar
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın Gəncə şəhərinin bir sıra ictimai birliklər və kütləvi informasiya vasitələri İsrail rejiminin Qəzzada törətdiyi soyqırım siyasətinə etiraz olaraq birgə bəyənat yayıblar.

İslam-Azeri-yə Gəncədən verilən məlumata görə onlarla təşkilat və KİV İsrail terroruna etiraz olaraq birgə bəyənat imzalayıblar.

Bu bəyənatın tam mətnini diqqətinizə çatdırırıq:

Gəncə şəhərində fəaliyyət göstərən bir sıra ictimai birliklər və kütləvi informasiya vasi-tələrinin İsrail rejiminin Qəzzada törətdiyi soyqırım siyasətinə etiraz olaraq birgə
BƏYANATI
Yarım əsrdən artıq bir müddətdir ki, Beynəlxalq Hüquq və Normativlərin tələblərini kobudcasına pozaraq Fələstin xalqının təməl yaşam və insani haqlarını çeyniyən işğalçı İsrail rejimi son günlər daha da dözülməz və kəskin formada öz hərbi terrorunu davam etdirməkdədir.
Bütün dünyanın sülhsevər, tərəqqipərvər qüvvələrinin etirazlarına baxmayaraq İsrailin Qəzzada törətdiyi hərbi cinayətləri nəticəsində yüzlərlə əliyalın, günahsız Fələstin xalqı şəhid olmuş və minlərlə insan yaralı vəziyyətdə yaşam mücadiləsi aparmaqdadır. BMT, İKT, Ərəb Liqası və bir sıra Avropa ölkələrinin, İsrailə «Qətliama son ver!» çağırışlarına baxmayaraq, supercani rejim öz hərbi cinayətlərini daha da kəskin formada davam etdirəcəyini bildirir. İsrail əsasən dövlət binalarını, xəstəxanaları, təhsil ocaqlarını hədəfə alaraq havadan zərbələr endirir. Qəzzada BMT-nin ofisini də darmadağın edən İsrail artıq bütün dünya üçün real təhlükə mənbəyinə çevrildiyini bir daha tam çılpaqlığı ilə aşkar etdi.
Gəncədə fəaliyyət göstərən ictimai birliklər, mətbu orqanlar, elm, incəsənət nümayəndələri, ziyalılar birmənalı olaraq İsrailin Qəzzada törətdiyi soyqırım cinayətini lənətləyərək bu əmələ dərhal son verilməsini, Qəzzada baş vermiş tarixi cinayətin memarlarının, İsrail qanlı rejimin idarəçilərinin beynəlxalq məhkəmə qarşısında cavab verərək cəzalandırılmasını, Fələstin dövlətinə və xalqına dəymiş maddi-mənəvi ziyanın İsrail tərəfindən qeydşərtsiz ödənilməsini tələb edir.

«Furqan» ictimai birliyi
«Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi» Gəncə ofisi
«Mənəvi Dəvət» ictimai birliyi
«Difai» təşkilatı
«Cavad Xan» gənclər ictimai birliyi
«Milli Birlik» təşkilatı
«Gələcəyə körpü» gənclər təşkilatı
«Maarifçilik və İnkişaf» ictimai birliyi
«Haray» jurnalı
«Difai» qəzeti
«Molla Nəsrəddin Dünyası» jurnalı
«İslamganca» internet saytı
  • Yazılıb
  • da (də) 2008 Dec 30