Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Tanınmış politoloq Zərdüşt Əlizadə:
- Bu beynəlxalq hüquqa meydan oxumaqdır. Təəssüflər olsun ki, bu beynəlxalq hüququn işğalçı İsrailə növbəti aşınması və tənəzzülü təmayülünün daha bir sübutudur. Bu ikili standartların açıq təzahürüdür. İsrailin bu hərəkətini qətiyyətlə pisləyirəm. Ümumiyyətlə, bu münaqişənin əsas səbəbi Qərbin zorakı üsulla sionist İsrail dövlətini yaratmasıdır. Bundan sonra isə İsrailin yaranmasına vaxtında ərəb dövlətlərinin buna susması, bir-biri ilə didişmələri səbəb olub. Hal-hazırda da sülh mümkündür, əgər İsrail inadından dönsə və Fələstin xalqının hüquqlarını tanısa, Fələstin dövlətini tanısa, Şərqi Qüdsun Fələstin torpaqlarında qalmasına razı olsa. Lakin sionist İsrail radikalları və radikal İsrail dinbazları buna imkan vermir.
İşğalçı İsrailin bu hərəkətləri barbarlıqdır, bəşəriyyətə qarşı cinayətdir. Amma, real olaraq mən düşünmürəm ki, onlar bu hərəkətlərinə görə məsuliyyət daşıyacaqlar.