Hörmətli nazir! Bu gün dünyanın bir sıra ölkələrində müstəmləkəçi rejimlər tərəfindən aparılan işğalçılıq və soyqırım siyasəti davam etməkdədir
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Az. R. İslam Partiyası bu ölkənin xarici işlər nazirliyini Bakıda Sionist rejimin nümayəndələrini mühakimə etməyə çağırıb. Islam Partiyası həmçinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova da müraciət qəbul edib və işğalçı Sionist rejimin Bakıdakı nümayəndələrinin hüquq mühafizə orqanlarına təhvil verilməsini tələb edib .
Müraciətdə deyilir : Hörmətli Elmar Məmmədyarov ! Sizə məlumdur ki , ölkəmiz uzun illər terrora , soy-qırıma , hazırda da işğala məruz qalmış dövlətlər sırasındadır. Siz ədalətsiz rejimlərin insanları , xüsusən xalqımızı hansı fəlakətlərlə qarşılaşdırdığını yaxşı bilirsiniz . Bu ədalətsizliyə dünya birliyinin biganəliyinin Azərbaycan xalqına vurduğu mənəvi zərbə , bunun yaddaşlarda buraxdığı izlər ağrısız yad edilmir .
Hörmətli nazir! Bu gün dünyanın bir sıra ölkələrində müstəmləkəçi rejimlər tərəfindən aparılan işğalçılıq və soyqırım siyasəti davam etməkdədir . Artıq bir neçə gündür ki , Sionist İsrail rejimi günahsız Fələstin xalqını soyqırıma məruz qoyur .Qəzzə bölgəsinin milyon yarımlıq əhalisi kütləvi şəkildə məhv edilir ,BMT isə bu fəlakətə biganə yanaşır, ABŞ quldurları himayə və müdafiə edir.
Dünən başımıza gətirilən hadisələrə bu gün biganəlik göstərməyə sizinlə birlikdə haqqımız yoxdur. İşğalçı rejimin ölkəmizdəki təmsilçilərindən bu faciəni təcili dayandırmağı tələb etməyinizi və cinayətkar rejimin nümayəndələri kimi onların hüquq mühafizə orqanlarına təhvil verilməsini həyata keçirməyinizi ata biləcəyiniz ən zəruri addım hesab edirik. Bundan əlavə "Birlik" , "Cümə İcması" və "Mənəvi Dünya" ictimai təşkilatları da bəyanat yayaraq Sionist rejimin Qəzzədə törətdiyi cinayətləri pisləyiblər.