Azərbaycan R. prezidenti İlham Əliyevin xristian ilinin başlanması münasibəti ilə etdiyi müraciətdə 2008-ci ildə və ötən beş ildəki fəaliyyətini son dərəcə uğurlu dəyərləndirib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. prezidenti İlham Əliyevin xristian ilinin başlanması münasibəti ilə etdiyi müraciətdə 2008-ci ildə və ötən beş ildəki fəaliyyətini son dərəcə uğurlu dəyərləndirib. İlham Əliyev bu müraciətdə vurğulayıb: 2008-ci il çox uğurlu olmuşdur. 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan Respublikası iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu gün Azərbaycan Respublikası iqtisadiyyatının 85%-i özəl sektorda formalaşır. Bu böyük nailiyyətdir. Son beş ilə ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla başa çatdı! Proqram qəbul olunanda 600 min yeni iş yerlərinin açılması nəzərdə tutulurdu. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycan Respublikasında 750 min yeni iş yerləri açılmışdır! Bütün sosial proqramların icrası üçün Azərbaycan Respublikası iqtidarında iradə var və biz bunu edirik. Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var! Baxmayaraq ki, Azərbaycan Respublikasında yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49%-dən 16%-ə düşmüşdür!
Vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalıdırlar və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik!
2008-ci ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görülübdür. Ermənistan-Azərbaycan Respublikası, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üçün biz öz səylərimizi göstəririk. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bizim bütün hərbi xərclərimiz 2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uğurla fəaliyyət göstərir.
Azərbaycan Respublikası demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edibdir. Azərbaycan Respublikası diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir.
İlham Əliyevin öz hökumətinin neft və Qarabağ məsələləri, iqtisadi inkişaf, işsizlik, sosial məsələlər, habelə xarici siyasət və diaspor yaratma sahələrində uğurlu vurğulamasına baxmayaraq, Azərbaycan Respublikası xalqının əksəriyyəti hökumətin bu sahələrdəki fəaliyyətlərindən narazılıq edirlər. Qarabağ məsələsinin həlli Azərbaycan Respublikasının suverenliyi və ərazisinin bütövlüyünün əksinə olaraq, irəliləyib. Rəsmilərin iddialarına rəğmən bu respublikada işsizlərin sayı olduqca yuxarıdır və azı 2 milyon nəfər iş tapmaq üçün xaricə mühacirət edib.
Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyətinə və Sionist rejimlə qərb ölkələrinə neftin nəql olunmasına rəğmən əhalinin məişət durumu qabaqkı dövrlə əsaslı şəkildə fərq etməyib. Azərbaycan Respublikası dövlətinin büdcəsi ilə diaspora adı altında işə salınmış təşkilatlar ümumiyyətlə hər gün Azərbaycan Respublikası üçün yeni etnik və siyasi problemlər yaradan sionizmin məqsədləri istiqamətində fəaliyyət göstərək etnik təhriklərlə məşğuldurlar.