Tarix : 2009 Jan 01
Kod 9629

BU ETİRAZLARIN AZƏRBAYCANDA OLMASI ZƏRURİ VƏ QƏBUL EDİLƏN İDİ

Azərbaycan İslam partiyasının sədri Hacı Möhsin də bu aksiyaya müsbət münasibət bildirib: "Hər bir kəsin müsəlmanlara zülm olduğu təqdirdə etiraz etməsi vacib idi
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri-yə İsrailin Fələstinin Qəzza zonasında törətdiyi zülmlə bağlı Bakıda keçirilən etiraz aksiyasına ilahiyyatçı və təşkilat sədrlərindən münasibət:

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlunun 01.01.2009 tarixində keçirilən aksiyaya ilə bağlı münasibəti:
Bu gün İsrail rejiminin səfirliyinin qarşısında Qəzzaya dəstəyi və sionizmə nifrəti bəyan edən dindarlar tərəfindən keçirilmiş etiraz aksiyasını yüksək dəyərləndirirəm.
Bu çox təbiidir ki, dindarlar məhərrəm-səfər əyyamının ilk günlərində günümüzün Kərbalası olan Qəzzada baş verən müsibətlərə münasibət bildirmək üçün bu formada sivil və yüksək səviyyəli etriazlarını nümayiş etdiriblər. Bununla onlar Vətənimizin bütün inanclı insanlarının ürəklərindən tikan çıxartmış olublar. Əslində bu gün hər bir müsəlmanın, ümümiyyətlə hər bir vicdanlı insanın insani vəzifəsidir ki, Qəzzada baş verən qətliama qarşı öz nifrətini bəyan etsin və Qəzzalıların müdafiəsi üçün əlindən gələni etsin. Bir daha aksiyanın böyük əhəmiyyətini vurğulayaraq, bildirmək istərdim ki, bugünkü aksiya Vətənimizdə neçəgün ərzində Qəzzada baş vərənlərlə bağlı etirazların və narahatlıqların tərkib hissəsidir və hər bir müsəlman duasında, əzadarlığında, qələmində, nitqində bu günün Kərbəla zülmünə məruz qalmış Qəzzalıların yanında olmalıdır və muasir faşizmin simvoluna çevrilmiş sionizmə oz nifrətini bildirməlidir.


Azərbaycan İslam partiyasının sədri Hacı Möhsin də bu aksiyaya müsbət münasibət bildirib: "Hər bir kəsin müsəlmanlara zülm olduğu təqdirdə etiraz etməsi vacib idi. Bu etiraz savablı işdir və bu etirazı təşkil edənlərin Allah yanında savab qazanmasını arzu edirik".

Münasibət bildirən Mənəvi Dünya İctimai birliyinin sədri Hacı Şahin Həsənov bu aksiyanı müsbət dəyərləndirdiyini və dünyanın harasında olursa olsun zülm olarsa etiraz etməyin həm dini, həm də ictimai baxımdan bir vəzifə olduğunu bildirib. Hacı Şahin bu addımın bütün müsəlmanların etirazı və olduqca yerində edilmiş bir aksiya olduğunu önə çəkib.

Milli mənəvi dəyərlər ictimai birliyinin sədri Hacı Abgül Suleymanovda bu aksiyaya öz münasibətini bildirib:
"Biz də bu aksiyanın keçirilməsini çox gözəl addım sayırıq və möminlərin bu addımını dəstəkləyirik. Əlbəttə əsində bu qəsbkar rejimin səfirliyi ölkəmizdə bağlanmalıdır. Bizim dövlət gərəkdir ki, bu qəsbkar rejimin səfirliyini ölkəmizdə bağlasınlar. Əks təqdirdə sonunda müsəlmanlar özləri bu rejimin qorxaqlarını ölkədən qovacaqlar! Məgər Rəsusallah deməmişdi ki, "Dünyanın bir yerində bir müsəlman ey müsəlımanlar kömək edin mənə deyə ona kömək eləməyən kəs müsəlman deyil" Biz Rəsullahın üzünə necə baxacayıq?".
 
  • Yazılıb
  • da (də) 2009 Jan 01