Azərbaycan R-nin dövlət televiziya və radio kanalları üzdəniraq həmrəylik və yeni xristian ilinin başlanmasını bəhanə edərək, islami qaydalara zidd verilişlərin yayımını artırıblar
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R-nin dövlət televiziya və radio kanalları üzdəniraq həmrəylik və yeni xristian ilinin başlanmasını bəhanə edərək, islami qaydalara zidd verilişlərin yayımını artırıblar. Nəzərə çarpacaq sayda Azərbaycan Respublikası vətəndaşı Beynəlxalq Səhər telekanalı ilə telefon bağlantısı və müraciətlər yolu ilə bu mətləbi bildirərək, Azərbaycan Respublikasının televiziya və radio kanallarının şiə etiqadları və məhərrəm ayının qaydalarına hörmətsizlik və düşmənçiliklərinə qarşı öz hiddətini ifadə edib.
Azərbaycan Respublikasının dindar vətəndaşları vurğulayıblar: Bu respublikanın müxtəlif nöqtələrində keçirilən İmam Hüseyn(ə) əzadarlıqları Azərbaycan Respublikası xalqının əksər hissəsinin pak Əhli-beyt (ə)-a olan məhəbbətindən xəbər verir. Lakin təəssüflə Bakı telekanallarının vəziyyəti göstərir ki, Azərbaycan Respublikasında qüdrət və sərvət sahibləri ölkə əhalisinin əksər hissəsinin islami istəklərinə heç bir hörmət bəsləmirlər.
Azərbaycan Respublikasının dindar vətəndaşları vurğulayıblar ki, yanvar gecəsi və üzdəniraq həmrəylik kimi biganə və saxta bayramlar münasibətilə haram əməllərlə dolu şənliklərin keçirilməsi xalq ilə hakimiyyət arasındakı ayrılığın daha da dərinləşməsinə səbəb olur.