ABŞ, İngiltərə, Fransa və İsrailin bayraqları yandırıldı, ABŞ prizidentinin müqəvvasına ayaqqabı atıldı və od vuruldu
Azərbaycan servisi/Aran Agentliyi
Meşədi Natiq Kərimov: "Hansı həmrəylik, hansı bayramdan danışırlar ki iki günə yaxındır işıqsız qalmışıq"
Dünən Bakının Nardaran qəsəbəsi, «İmam Hüseyn» meydanında İsrail qəsbkarlığının Fələstin xalqına qarşı apaılan soyqırıma qarşı etiraz aksiyası keçirildi.
Nardaran kənd sakinləri, ağsaqqal, gənclərin qatıldığı mitinq havanın qarlı olmasına baxmayaraq İsrailin nifrət atəşi ilə alovlanaraq baş vermiş hadisəni məhkum etdilər. Mitinqdə çıxış edən kənd sakinlər insanlıqla bir araya sığmayan bu vəhşi olayı İsrailin sonu kimi dəyərləndirərək dünya ölkələrinin, müsəlman dövlətlərinin, Azərbaycan xalqınan Fələstin soyqırımına etirazda aktiv olmağa çağırdılar.
Müxbirimizlə söhbətində Nardaran kənd ağsaqqalı Meşədi Natiq Kərimov bildirib ki, bir müsəlman ölkəsi olaraq onlar Azərbaycan hökümətindən Qəzzaya hümanitar yardım göndərməsini istəyir. O həmçinin qondarma həmrəylik günü ilə bağlı fikrlərə də münasibət bildirdi. "Azərbaycan müsəlmanları belə qondarma həmrəylikləri qəbul eləmir. Bizim həmrəyliyimiz Aşuradadır" deyə Meşədi Natiq bildirdi. O həmçinin iki gündür ki Nardaran kəndində işıqın olmasını diqqətə çəkdi. "Hansı həmrəylik, hansı bayramdan danışırlar ki iki günə yaxındır işıqsız qalmışıq". Mitinqin sonu qətnamə oxundu, ABŞ, İngiltərə, Fransa və İsrailin bayraqları yandırıldı, ABŞ prizidentinin müqəvvasına od vurulmaqla bitdi.
Fələstinin Qəzza bölgəsində baş verən insan faciəsinə Nardaran qəsəbəsi «İmam Hüseyn» meydanında keçirilmiş etiraz aksiyasının qətnaməsi.
60 ildən artıqdır ki, qəsbkar Sionist dövləti olan İsrail Fələstin xalqına qarşı genosid siyasəti həyata keçirməkdədir. Yarandığı gündən qonşuları ərazisi hesabına dövlətinin sahəsini genişlədən Faşist-Sionizm-İsrail recmi Qərbin, ələlxsus ABŞ-ın geniş hərbi-iqtisadi yardımı hesabına öz iyrənc, irqi siyasətini aparır. Dünya dövlətlərinin İsrail siyasətinə qarşı susqun vəziyyəti nəticəsində iki ildən artıqdırk ki, İsrail öz işğalçı siyasətinə daha geniş rəvac verərək Qəzza bölgəsini iqtisadi blokadada saxlamaqda davam edir.
Kulminasiya nöqtəsinə çatan bu vəhşi olay artıq dörd gündür ki, hərbi güc tətbiqini genişləndirərək Fələstin ərazisində soyqırımı törədir. Bu hücum hava-su və digər hərbi artileriya 400-dən artıq Fələstinin dinc əhalisi, qadın, uşaq və qocaları qətlə yetirilib, 1800-dən artıq yaralı insan isə tibbi ləvazimatsız, qan çatışmamazlığı kimi acınacaqlı şəraitindədir. Qəzza humanitar fəlakət həddindədir.
Biz Nardaran camaatı bu insanlıqla bir araya sığmayan vəhşi olaya etirazımızı bildirir, Azərbaycan hökumətindən qəsbkar İsrail dövləti ilə iqtisadi, siyasi, mədəni, hərbi münasibətlərinə son qoymasını tələb edirik.
Bura toplanan insanlar İsrail vəhşiliyinə öz etirazımızı bildirərək müharibəni Sionizm işğalçılarından dəhal dayandırmağı tələb edirik. Və bu addımımızla məzlum Fələstin xalqının yaşadığı məşəqqəti özümüzə doğma bilir və onların bu acısını onlarla bölüşür, müsəlman xalqı ilə öz həmrəyliyimizi nümayiş etdiririk.
Azərbaycan xalqına isə müraciət edirik: Azərbaycanın hər yerində, hər şəraitdə təcavüzə və bu təcavüzü həyata keçirənlərə qarşı çıxmağın vaxtıdır. Öz haqq səsinizi bildirmək sizin bir insanlıq vəzifənizidir. Biz sizi insanlıq dəyərləri olan zülmə qarşı birliyə dəvət edirik.