Tarix : 2009 Jan 02
Kod 9635

SİONİST İSRAİL SƏFİRLİYİ QARŞISINDA DAHA BİR ETİRAZ AKSİYASI, SAXLANILANLAR BURAXILMAYIB

Bu gün saat 11 radələrində sionist İsrail səfirliyi yanında Fələstinlilərə dəstək, sionist İsrailə qarşı etiraz aksiyası keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Bu gündə İsrail səfirliyi yanında İsrailə qarşı etiraz aksiyası keçirildi.

İslam-Azerinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə,
Bu gün saat 11 radələrində sionist İsrail səfirliyi yanında Fələstinlilərə dəstək, sionist İsrailə qarşı etiraz aksiyası keçirilib.

15:55
Polis tərəfindən saxlanılan 60-dan çox aksiya iştirakçıları hələdə polis nəzarəti altındadır. Onların nə zaman buraxılacağı bilinmir.

14:20
Polis tərəfindən saxlanılan aksiya iştirakçılarının telefonları əlindən alınaraq bir neçə saatdan sonra özlərinə geri qaytarılıb.
Lakin hələdə polis tərəfindən saxlanılan dindarların telefonları qaytarılmayıb. Bunun nəticəsində saxlanılan dindarlarla əlaqə yaratmaq mümkün deyildir. Əlavə olaraq telefonlara "böcək" quraşdırılması istisna deyildir. Nəzərinizə çatdıraqki, hələ polis tərəfindən 60-dan çox dindar saxlanılıb. Azadlığa buraxılan dindarlardan bir neçəsi ilə əlaqə saxladıq. Onlar polis bölməsində təhqir və güc zorakılığına məruz qalıblar. Buraxılan dindarlar telefonlarında "Böcək" olduqlarından şübhələnirlər.


13:50
Polis tərəfindən tutulan dindarların bir hissəsi azadlığa buraxılıb. Lakin mətbuat işçiləri, o cümlədən İslam-Azerinin müxbiri və digər mühüm insanlar hələdə polis nəzarəti ilə Bakı Şəhər Baş Polis İdərisinin İnzibatı işlər üzrə saxlanılanlar idarəsindədirlər.


12:20
Saxlanılanlar Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati işlər üzrə saxlanılanlar şöbəsinə aparılıb. Nəzərinizə çatdıraqki, saxlanılanların sayı 100-dən çoxdur. İslam-Azerinin müxbiridə saxlanılanların içindədir.

11:45
Yeni gələn məlumatlara görə, polislər dindarlarla çox sərt davranaraq, hətta döyülərək polis maşınlarına mindirilib. Heç bir müxbirin aksiyadan çəkiliş aparmasına icazə verilməyib. Aksiya iştirakçıları hal-hazırda izlənilir.

11:30
Polis çox sayda dindarı 27-ci polis bölməsinə aparıb. Buna baxmayaraq dindarlar aksiya keçirməyə nail olublar. Aksiyanın qarşısını almaq istəyən polislər media işçilərinə də problemlər yaradıblar və çəkiliş aparmağa icazə verməyiblər. Polislər bu gün daha tədbirli və daha qəddar olaraq dindarlara qarşı hörmətsizlik ediblər.

60-a yaxın dindar polis tərəfindən polis bölmələrinə aparılıb. Saxlanılan şəxslər arasında İslam-Azerinin müxbiridə var. Saxlanılanların sayının artması gözlənilir.

Aksiya ilə bağlı daha ətraflı məlumat veriləcək. Fotolarında olması gözlənilir.
  • Yazılıb
  • da (də) 2009 Jan 02