Bu gün Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin qarşısında İsrailin Qəzzada törətdiyi son qanlı cinayətlərinə etiraz əlaməti olaraq geniş etiraz aksiyası keçirilmişdir
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azerinin Gəncə müxbirinin verdiyi məlumata görə,Bu gün Gəncənin mərkəzində yerləşən Şah Abbas məscidinin qarşısında İsrailin Qəzzada törətdiyi son qanlı cinayətlərinə etiraz əlaməti olaraq geniş etiraz aksiyası keçirilmişdir. Aksiyada dindarlarla yanaşı şəhər ictimaiyyətinin nümayəndələri də iştirak etmişdir.
Çıxış edən natiqlər Məhərrəm ayının gəlişi ilə bağlı xalqımıza başsağlığı verərək son Qəzza hadisələrinin Kərbəla müsibəti ilə oxşarlığını qeyd etmiş və sionistlərin cinayətlərinə hər bir müsəlmanın etiraz etməsinin dini vəzifə olduğunu bildirmişlər. Aksiyada "Azərbaycan oyaqdır! Fələstinə dayaqdır!", "Sionist rejiminə ölüm!", "Amerikaya ölüm! İsrailə ölüm!", "Qarabağın işğalı Qüdsün işğalının davamıdır!", "Qarabağa, Fələstinə, İraqa azadlıq!", "Qəzza bu günün Kərbəlasıdır!" şüarları səsləndirilmişdir.