Tarix : 2009 Jan 02
Kod 9653

SUMQAYITDA DA İSRAİL REJİMİNƏ QARŞI ETİRAZ EDƏNLƏRİN HƏBSİ BAŞLANDI

Dörd nəfərə 10 günlük azadlıqdan məhrum etmə cəzası verilmişdir
Azərbaycan servisi/Aran Agentliyi

Xəbər verdiyimiz kimi bu gün İsrail rejiminin səfirliyi önündə Qəzzada baş verən qətliamlara etiraz məqsədi ilə aksiya keçirilmişdir. Etiraz aksiyasında iştirak edən inanclı insanları polis işçiləri qeyri qanuni olaraq saxlamışdır. Bunun davamı olaraq artıq Sumqayıt şəhərində də aksiya iştirakçılarının həbsləri başlanmışdır.

Axşam saatlarında daxil olan məlumata əsasən Sumqayıt şəhərində 15 nəfər inanclı şəxs polis tərəfindən qeyri qanuni olaraq saxlanılmışdır. Bunlardan 11 nəfər sonradan azadlığa buraxılsa da 4 nəfərə 10 günlük azadlıqdan məhrum etmə cəzası verilmişdir.

  • Yazılıb
  • da (də) 2009 Jan 02