Sizin bu saata kimi sizin dilinizlə desək Həmasa qarşı əməliyyat və ya xalqınızı müdafiə nəticəsində 140 uşaq 150 qadın dünyasını itirib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
İslam-Azeri-nin məlumatına görə İsrailin Bakıdakı səfir təyin etdiyi Artur Lenk deyib ki, İsrailin işi Həmasladır və biz xalqımızı qoruyuruq. Hətta Azərbaycan ərazisini də bombalanacağı təqdirdə Azərbaycan da bu cür cavab verəcəyini bildirir: "Lənkaran şəhəri raket hücumlarına məruz qalsaydı Azərbaycan nə edərdi? Təbii ki, o öz xalqını qoruyardı, necə ki, İsrail bunu edir"
Biz isə səfirə cavabımız var: "Sizin barənizdə uzun uzadı yazmaq fikrimiz yoxdur. Amma hər şey göz qabağındadır. Foto cavabımız sizə tutarlı cavabdır. Əgər siz haqlı olsaydınız sizin əleyhinizə mitinqlər olmazdı. Hətta gör siz nə gündəsiniz ki, yəhudilər sizin əməllərinizi etirazla qarşılayırlar. Sizin bu saata kimi sizin dilinizlə desək Həmasa qarşı əməliyyat və ya xalqınızı müdafiə nəticəsində 140 uşaq 150 qadın dünyasını itirib. Amma bunun adı müdafiə yox, soyqırımdır. Dünyaya sübut edə bilməyəcəyiniz soyqırım kimi yox ha... Əsl soyqırım, gözünüzü açın və baxın sizin əl işlərinizdir bu şəklillərdəki. Buna əməliyyat deyil, cinayət, terror, soyqırım və vəhşilikdən başqa nə kimi ad qoymaq olar?".
Ümid edirik Mossad tez-bazar bu məktubu nəinki Artura hətta Meirə də tərcümə edib çatdıracaqlar....