bu məsələ rəhbərlik etdiyi qurumun gələn həftə, çox güman ki, yanvarın 5-də keçiriləcək iclasında geniş müzakirə olunacaq
Azərbaycan servisi/Aran Agentliyi
Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallarda əcnəbi dillərdə filmlərin yayımının dayandırılması ilə bağlı qərarə əməl etməyən telekanallara qarşı maliyyə sanksiyaları tətbiq edəcək. Bu barədə ANS TV-yə şuranın sədri Nuşirəvan Məhərrəmli məlumat verib.
Onun sözlərinə görə, bu məsələ rəhbərlik etdiyi qurumun gələn həftə, çox güman ki, yanvarın 5-də keçiriləcək iclasında geniş müzakirə olunacaq.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının dekabrın 30-da keçirilmiş iclasında bu il yanvarın 1-dən telekanallarda yalnız ana dilində verilişlərin yayımına dair qərar qəbul edilib. Yalnız bəzi istisna hallarda - maarifləndirici, tədris proqramları, xəbərlərin xüsusi buraxılışı əcnəbi dillərdə yayımlana bilər. Xəbərlər isə titrlərlə verilməlidir.