Qəzzə əhalisinin bu müqavimət əhval-ruhiyyəsi bu mənfur rejimin bütün nəhs hədəflərini məğlubiyyətə uğradıb və müqavimətin intensiv və əsaslı rolunu sübuta çatdırıb
İİR servisi/Aran Agentliyi
Səid Cəlili və Suriya prezidenti Sionist rejimin törətdiyi cinayətlərin və Qəzzəyə qarşı sanksiyaların dərhal dayandırılmasına təkid ediblər . İranın Mərkəzi İnformasiya Agentliyinin verdiyi məlumatına görə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili Dəməşqdə Suriya prezidenti Bəşar Əsəd ilə görüşdə islami, ərəb və beynəlxalq təşkilatların sionist rejimin məzlum və müdafiəsiz Fələstin xalqına qarşı törətdiyi cinayətlərin dayandırılmasına dair sürətli addımlar atmalarını istəyiblər. Cəlili habelə Qəzzə əhalisinin Sionist rejimin amansız hücumları qarşısında möhkəm dayanmasını alqışlayıb və deyib : Qəzzə əhalisinin bu müqavimət əhval-ruhiyyəsi bu mənfur rejimin bütün nəhs hədəflərini məğlubiyyətə uğradıb və müqavimətin intensiv və əsaslı rolunu sübuta çatdırıb . Görüşdə Suriya prezidenti də beynəlxalq təşkilatlar və bəzi ərəb ölkələrinin Sionist rejimin törətdiyi cinayətlərə laqeydlik göstərmələrini xüsusilə də onların bu qanunsuz rejimin törətdiyi cinayətlərə son qoyulmasını pisləməkdən çəkilmələrini tənqid edərək deyib : Bu rejimin törətdiyi cinayətlərə dərhal son qoyulması və bu rejimin məzlum Qəzzə əhalisinə qarşı tətbiq etdiyi sanksiyaların dayandırılması irəli sürülən təkliflərin sırasında da ön yeri tutmalıdır ki , bütün bunlar cari böhrana son qoyulması üçün irəli sürülür.